Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / Qiymət artımına yol açan İNFİLYASİYA: “Ölkəmiz idxaldan həddən artıq asılıdır”

Qiymət artımına yol açan İNFİLYASİYA: “Ölkəmiz idxaldan həddən artıq asılıdır”

Mərkəzi Bank gələn il üçün pul siyasətinin əsas istiqamətləri açıqlanıb. Bəyanatda bildirilib ki, pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, infliyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək. Həmçinin maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inkluzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılması, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaq.

Sözügedən bəyanatla bağlı iqtisadçı Natiq Cəfərli öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Mərkəzi Bankın 2021-ci ilin nəticələri və 2022-ci il gözləntiləri ilə bağlı yayımladığı sənəd keyfiyyətlidir. Lakin inflyasiya ilə bağlı məqamlar diqqət çəkir:

“Mərkəzi Bank deyir ki, ölkədə əvvələr də (pandemiyaya qədər) inhisarçılıq, korrupsiya, anormal vergi-gömrük siyasəti olub, amma inflyasiya ikirəqəmli deyildi. İndi üzərinə idxal inflyasiyası yəni, xaricdə qiymətlərin artımı da gəldiyi üçün bu gün ölkədə bahalaşma tüğyan edir. Elman Rüstəmov haqlıdır. Xaricdə qiymətlər artır, ərzaq indeksi dünyada bahalaşır, logistika xərcləri artır, ölkəmiz isə idxaldan həddən artıq asılıdır, primitiv model davam edir, ancaq neft-qaz satıb yeməklə məşğuluq. Ölkənin xroniki xəstəlikləri müalicə olunmur. Ona görə də xaricdə qiymətlər artan kimi 2020-2021-ci illərdə ölkədə də inflyasiya sürətləndi.

Tədbirli hökumətləri olan ölkələrdə idxal inflyasiyası artırsa və xaricdən gələn ərzaq məhsulları dünyada bahalaşırsa, daxildə bahalaşmaya təsir göstərən amillər yumşaldılır. Məsələn, dövlət tərəfindən tənzimlənən strateji məhsulların qiyməti artırılmır, ərzaq məhsullarının idxal rüsumları azaldılır, bəzi vergilər ləğv edilir və nəticədə idxal inflyasiyasının qarşısını almaq olur.

Dövlət-məmur biznesi və neft borusu üzərində inşa edilən iqtisadi modelimizdə isə məmurlar öz inhisarçı mövqeyindən əl çəkmək istəmir. Vergi-gömrük siyasətini yumşaldılmır. Nəticədə xaricdə qiymət artanda ölkə daxilində daha yüksək inflyasiya olur”.

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …