Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qiyamın təşkilatçısı olan general həbsxanada döyüldü

Qiyamın təşkilatçısı olan general həbsxanada döyüldü

Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunan Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürkün həbsxanada döyüldüyü iddia olunur.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə mütəşəkkil cinayətkarlığın liderlərindən biri olan Aalaattin Çakıcının vəkili olaraq tanınan Mehmet Sinan İnce söyləyib.

O, sosial şəbəkədə A. Öztürkü döydüyünü və bu hadisəni polislərin gözü qarşısında törətdiyini bildirib.

“Onu vəkillərlə görüş otağında üzündən qanlar axana qədər döyərək polislərə təhvil verdim. Bunların hamısı təhlükəsizlik kameralarının, məhkum yaxınlarının və müdirlərin gözü qarşısında cərəyan edib. Bu şərəfsiz polislərin qarşısında mənə yalvara-yalvara ağlayıb”, – deyə vəkil yazıb.

Qeyd edək ki, Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk hərbi çevrilişdə iştirak edən ən yüksək rütbəli şəxsdir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın