Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Qiyamda tutulan 758 hərbçi azadlığa buraxıldı

Qiyamda tutulan 758 hərbçi azadlığa buraxıldı

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunan hərbçilərin bir hissəsi azadlığa buraxılıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, bu gün İstanbul məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinərək həbs 758 hərbçinin azad olunması barədə qərar çıxarıb.

Məhkəmə azadlığa çıxma qərarını istintaqı aparan prokurorluq orqanlarının təqdimatına əsasən verib.

Xatırladaq ki, ümumilikdə həbs olunan hərbçilərdən 989 nəfəri istintaqa ifadə verib. Onlardan 231-i isə hələ də həbsdədir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın