Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur”

“Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur”

Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq.

Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.

Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var – Şahdağ və Tufandağ.

“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, – müsahibimiz bildirib.

O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …