Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq

Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq

Azinforum.az-ın ldə ediyi məlumata görə, 2016-cı ildən etibarən Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq. Azərbaycan adına görülən bu önəmli işin təşəbüsskarı isə əlbəttə ki, həmvətənimiz, Qırğızıstandakı Heydər Əliyev Fondunun prezidenti Nüsrәt Mәmmәdovdur.

Məlumata görə, məhz Nüsrət Məmmədovun həmtəsisçiliyi və təşəbbüsü ilə bu günlərdə Qırğızıstan gənclərinə Azərbaycan dilini tədris etmək məqsədi ilə “İnterbilik” adı altında təhsil mərkəzi təsis edilib. Nüsrət Məmmədovun sözlərinə görə, sözü gedən təhsil mərkəzi gəncliyin daha savadlı yetişidirilməsi prinsiplərinə xidmət etməklə yanaşı, qardaş türk dövləti olan Qırğızıstanda da, Azərbaycan dilinin təbliğatını aparmaq məqsədi daşıyır.

Nəzərinizə çatdıraq ki, Qırğızıstan təhsil nazirliyi tərəfindən artıq “İnterbilik” Təhsil Mərkəzinin fəaliyyəti başlaması üçün Qırğızıstan tәhsil nazirliyi tәrәfindәn lisenziya da verilib. Qeyd edәk ki, belә kursların açılması Qırğızıstanda ilkdir.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …

Bir cavab yazın