Ana səhifə / İqtisadiyyat / Qida məhsullarının istehsalı 10,8 faiz azalıb

Qida məhsullarının istehsalı 10,8 faiz azalıb

Cari ilin ilk 4 ayında Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 298,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı şəhər Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 2,1 dəfə artıb, qida məhsullarının istehsalında 10,8 faiz, içki istehsalında isə 6,6 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 9 faiz, şirin peçenye 38,2 faiz, şokolad şirniyyat məmulatları 26,1 faiz artıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …