Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Qazın rublla satışı: “Bu, siyasi gedişdir“

Qazın rublla satışı: “Bu, siyasi gedişdir“

“Qaz bazarda yox, müqavilə əsasında satılır”.

Bu sözləri “İqtisadi Strategiya Mərkəzi”nin rəhbəri Qleb Vışlinski deyib.

“Rusiya qazını alan Avropa rəsmiləri qeyd edirlər ki, müqavilələrdə rubl yox, başqa valyuta nəzərdə tutulub. Putinin tələbi rublun müvəqqəti möhkəmlənməsinə yönəlmiş qısamüddətli siyasi gediş kimi görünür.

İqtisadi nöqteyi-nəzərdən alman qaz istehlakçısının “Qazprom”a avro ilə ödəşməsinin, sonra Kremlin bu avroları Rusiyanın valyuta bazarında satmasının fərqi yoxdur. Yaxud əvvəlcə alman istehlakçısı avronu valyuta bazarında satacaq və “Qazprom”a rubl verəcək. 

Bununla avronun miqdarı dəyişmir, ona görə də bu, daha çox siyasi gedişdir. Putinin ödənişi rublla tələb etməsi Aİ-nin Rusiya qazından uzaqlaşması üçün ilk addım ola bilər”, – deyə Qleb Vışlinski vurğulayıb.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …