Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qazaxıstanın Azərbaycan vasitəsilə ixracı 6 dəfə artdı

Qazaxıstanın Azərbaycan vasitəsilə ixracı 6 dəfə artdı

Qazaxıstan Azərbaycan vasitəsilə Rusiyadan yan keçərək neft ixracını 6 dəfə artırıb. 

Bu barədə məlumatı “Reuters” yayıb. 

Məlumata görə, birinci rübün yekunlarına əsasən, Qazaxıstan neft şirkətləri Transxəzər dəniz yolu ilə – Aktau limanından Bakıya qədər xarici bazarlara 163,4 min ton neft tədarük edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan üçün ənənəvi olan Novorossiysk limanından yan keçməklə ixrac 6 dəfə artıb. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi antirusiya sanksiyalarına Qazaxıstan da qoşulub. 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …