Ana səhifə / İqtisadiyyat / Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb.

Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Kyanışbayev, Tanatarov və Akpanbetov saxlanılıblar. Akpanbetov qaçmağa cəhd edərkən ayağından yaralanıb”, – deyə məlumatda bildirilir.

Məlumatda o da vurğulanır ki, cinayətkarlardan iyunun 5-də “Pallada” mağazasından oğurlanmış 2 ədəd silah götürülüb.

Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib.

Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın