Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Qazaxıstandakı FETÖ məktəblərində yoxlamalar aparılacaq

Qazaxıstandakı FETÖ məktəblərində yoxlamalar aparılacaq

“Türkiyənin Qazaxıstandakı qazax-türk özəl məktəblərində yaxın bir ay ərzində yoxlamalar aparılacaq”.

“Kazinform” xəbər verir ki, bunu Qazaxıstan Elm vəTəhsil Nazirliyinin mətbuat katibi Ayqerim Alibekova bildirib.

Onun sözlərinə görə, həmin məktəblərin ölkə qanunvericiliyinə uyğun fəaliyyəti təftiş ediləcək.

Məlumata görə, Türkiyə səfiri Nevzat Yanık bu il iyulun 29-da Astanada keçirdiyi mətbuat konfransında ölkəsindəki dövlət çevirilişinə cəhddən danışarkən qazax-türk liseylərinə qarşı təcili tədbirləin görülməsini Qazaxıstan hakimiyyətindən istəmişdi.

Xəbərdə bildirilib ki, avqustun 5-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfərində prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransda ölkəsindəki Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bütün məktəblərdə yoxlama aparılacağını bildirmişdi.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın