Ana səhifə / İqtisadiyyat / Qazaxıstanda idxal məhsulları 40 faiz bahalaşır

Qazaxıstanda idxal məhsulları 40 faiz bahalaşır

Anti-Rusiya sanksiyaları səbəbilə idxal məhsulları Qazaxıstanda 30-40 faiz bahalaşır.

Bu barədə «KazTaq» nəşrinə «Pinta», «BAO» və «Banka» şəbəkələrinin həmsahibi Yuri Neqodyuk danışıb.

Onun sözlərinə görə, artıq indi o, tədarükçülərdən məktublar alır. Onlar məhsulların baрalaşdığını yazırlar. Xüsusilə lososun qiyməti artıq 20-30 faiz artıb. Ekspert hesab edir ki, qiymətlər bundan sonra da qalxacaq, amma sanksiyaların nəticələri tam həcmdə təxminən 2 həftədən sonra hiss olunacaq. Neqodyuk həm də danışıb ki, logistika üzündən yaranan problemlər və tengenin ucuzlaşması (rublun məzənnəsinin düşməsi ilə sinxron) səbəbilə, yerli restoratorlar menyudan Avropa məhsullarından olan xörəkləri çıxarırlar və ya onların qiymətini qaldırırlar, çünki bu məhsulları yerliləri ilə əvəzləmək mümkün olmur.

Ekspertin fikrincə, meyvə və tərəvəzlərin qiymətləri əvvəlki səviyyədə qalmalıdır, çünki tezliklə mövsüm başlanacaq və Özbəkistandan, Qırğızıstandan və Çindən olan tədarükçülər öz məhsullarını hara isə satmalıdırlar.

Avropa məhsulları tenqenin ucuzlaşması ilə mütənasib olaraq, bahalaşır.

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …