Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qazaxıstan baş nazirinin müavini məmurlara qəzəbləndi: “Gedirəm, Bakıya…”

Qazaxıstan baş nazirinin müavini məmurlara qəzəbləndi: “Gedirəm, Bakıya…”

Qazaxıstanın birinci vitse-premyeri Bakıtjan Saqintayev Aktau dəniz ticarət limanına baş çəkərək gömrük və liman məmurlarını Azərbaycan üzərindən keçib Orta Asiyaya daşınan yüklərin ləngidilməsinə görə kəskin tənqid edib. 
 
Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, B.Saqıntayevin səfəri zamanı liman rəhbərliyi günlərdir orada gözləyən TIR-ları və onların sürücülərini “gizlətməyə” çalışıb. Lakin baş nazirin birinci müavini bundan duyuq düşüb və özü sürücülərin toplaşdığı yerə gedib.
Saqıntayev sürücülərlə söhbət edib vəziyyəti öyrəndikdən sonra liman rəhbərliyini və gömrük xidmətini sərt tənqid edib.
“Mən özümü sürücülərin yerinə qoydum, kimin nəyə cavabdeh olduğunu, kimin nəyi həll etdiyini araşdıranda başım fırlandı. Onların yerinə mən də olsam bu cəhənnəmdə fırlanmamaq üçün rüşvət verib canımı qurtarardım. Burada insani yanaşma yoxdur. Sürücülər 7 saata bütün xidmətlərin nəzarətindən keçib buradan canlarını qurtarsa xoşbəxt olar. Lakin faktlar var ki, onlar burada 10, 15 gün də qalmalı olurlar. Belə vəziyyət davam edə bilməz”, – baş nazirin birinci müavini deyib.
Saqıntayev deyib ki, Bakı limanından bərə ilə daşınan yüklərin Aktau limanından buraxılması üçün yeni sistem işlənib hazırlanıb və bu sistem ləngimədən, fevralın 8-dən işə düşməlidir.
“Yatmayın, gecə-gündüz işləyib bu sistemi işə salın. İndiyə qədər yatmışınız, heç olmasa indi işləyin”, – Saqıntayev xəbərdarlıq edib.
Baş nazirin birinci müavininə məlumat veriblər ki, Azərbaycan tərəfi yüklərin buraxılmasını sürətləndirmək üçün elektron ödənişə və elektron sənəd mübadiləsinə keçmək barədə təkliflər verib.
Habelə bildirilib ki, Rusiya Türkiyə ilə sərhədləri bağladıqdan sonra bu dəhlizlə yükdaşımalar on dəfə artıb, nəticədə, Aktau limanı bu işin öhdəsindən gələ bilməyib.
Saqtıntayev deyib ki, bir həftə sonra yenidən Aktau limanına gələcək və verilən tapşırıqların necə yerinə yetirildiyini yoxlayacaq.
“Ancaq sürücüləri furalarla birlikdə harasa qovmaq fikrinə düşməyin, özüm yoxlayacam. Buradan isə Bakıya yola düşəcəm ki, baxaq görək onlar yükləri necə rəsmiləşdirir. Onların təcrübəsini öyrənəcəyik”, – birinci vitse-premyer deyib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın