Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qasırğadan ölənlərin sayı artıb, 1700 insanla əlaqə kəsilib – Video

Qasırğadan ölənlərin sayı artıb, 1700 insanla əlaqə kəsilib – Video

Karib dənizinin Fransaya aid adalarında “İrma” qasırğasından ölənlərin sayı 8-ə çatıb. Yaralı sayı isə 23-dür. 

“Qafqazinfo” xəbər verir ki, BMT qasırğadan zərər görənlərə yardım üçün Barbadosa və Haitinin şimalına komanda göndərildiyi açıqlayıb. Açıqlamada o da bildirilir ki, qasırğadan 37 milyon insan zərər çəkəcək.

Beşinci kateqoriyaya daxil olan qasırğanın Dominik Respublikası, Haiti və Kubaya, oradan isə ABŞ-a çatacağı qeyd edilir. ABŞ-ın Beynəlxalq Qasırğa Mərkəzinin proqnozuna görə, fəlakət Terks və Kykos adalarına yaxınlaşır. Belə ki, cümə günü “İrma” Florida ştatına çata bilər. Təhlükəsizlik məqsədilə artıq sakinlərin evakuasiya edildiyi deyilir.

Məlumata görə, Puerto-Riko adasının yarısı işıqsız, 50 minə yaxın insan isə susuz qalıb.

Qasırğa Barbuda adasında da öz təsirini göstərib. Belə ki, adada yaşayan təxminən 1 700 insanla əlaqə kəsilib, 1 nəfər ölüb.

Antiqua və Barbudanın Baş naziri Qaston Braunun fikrincə, infrastrukturun yenidən bərpa edilməsi təxminən 150 milyon dollar təşkil edə bilər.
Qasırğa Fransa ərazisindən keçdiyi zaman küləyin sürətinin saatda 300 kilometrə çatıb.

Fransa Daxili işlər naziri Jerar Kolonun sözlərinə görə, Sen-Marten və Sen-Bartelemi adalarında ən azı 8 nəfər həlak olub, 23 nəfər yaralanıb.

 


Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın