Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Qarabağ ermənilərini bir neçə saat içərisində qazla təmin edə bilərik” – Nazir müavini

“Qarabağ ermənilərini bir neçə saat içərisində qazla təmin edə bilərik” – Nazir müavini

Bu gün Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır. 

Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

“Bununla bağlı qərar verilsə biz bunu bir neçə saat içərisində edə bilərik. Hazırda ölkədə istehsal olunan enerjidən Azərbaycan vətəndaşları yararlanır”, – E. Soltanov bildirib.

Nazir müavini əlavə edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qazımızdan istifadə edəcək: “Onlar hazırda ödədiklərindən az ödəniş edəcəklər”./Report 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …