Ana səhifə / İqtisadiyyat / Qarabağ Azərbaycan iqtisadiyyatına nə qazandıracaq?

Qarabağ Azərbaycan iqtisadiyyatına nə qazandıracaq?

“İşğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılması, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm və digər sektorlar üçün müasir infrastrukturun qurulması Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələnməsinə çox müsbət təsir göstərəcək”. 

Bu sözləri Cebhe.info-nun açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov azad edilən ərazilərin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əhəmiyyətini şərh edərkən bildirib. 

O bildirib ki, azad edilən ərazilər həm təbii resurslar, həm də ərazi baxımından böyük və geniş iqtisadi potensiala malikdir: 

“Bu ərazilər vasitəsilə Naxçıvan, eləcə də Türkiyə ilə birbaşa əlaqələr yarada bilərik. Əgər yaxın gələcəkdə Zəngəzur dəhlizi açılarsa, həmin ərazilərdən birbaşa əlaqələrin daha qısa məsafə çərçivəsində qurulmasına əlverişli şərait yaranacaq. Bunun baş verəcəyi təqdirdə daha çox münasib imkanlar əldə edəcəyik. Bu nöqtəyi-nəzərdən ordumuz tərəfindən işğaldan azad edilən ərazilərin çox böyük iqtisadi potensialı var. 

Ona görə də Azərbaycan hökuməti tərəfidən bu ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparılması, habelə müasir infrastruktur layihələrinin həyata keçirilməsi heç də təsadüfü deyil. Yəni əsas məqsəd həmin ərazilərin potensialını maksimum dərəcədə artırmaq və bundan istifadə etməkdir. Azad edilən ərazilərdə, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə tikilən və tikilməsi nəzərdə tutulan bir çox obyektlər və müəssisələr qeyri-neft sektorunun inkişafı, şaxələnməsi üçün əhəmiyyət kəsb edir. Bu ərazilərdə görülən təqdirəlayiq işlər və tədbirlər qeyri-neft sektorunun bir çox sahələrində əlverişli imkanların artmasına gətirib çıxaracaq”. 

2016-ci ildən bəri Azərbaycanda qeyri-neft sektorunun inkişafı öndə gedən prioritet hesab olunur: 

“Yəni qarşıya məqsəd qoyulub ki, qısamüddət ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektoru neft sektorunu üstələməlidir. Bu hədəfə nail olmaq üçün mütləq azad edilən ərazilərin iqtisadi potensialından istifadə olunmalıdır. Bundan əlavə, bu ərazilərin potensialından istifadə nəticəsində ölkə üzrə ümumidaxili məhsul istehsalında 40 və 50 faiz artım əldə etmişik. Qarabağda kənd təsərrüfatı və turizm obyektlərinin, sənayə müəssisələrinin qurulması, həmçinin digər istehsal sektorları ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi istiqamətində üç il ərzində büdəcədən xeyli  vəsait ayrılıb. 

Bu il Qarabağda yenidənqurma üçün büdcədən ayrılan 3 milyard dollardan çox vəsaiti də bura əlavə etmək lazımdır. Eyni zamanda, dövlət başçımız İlham Əliyev müxtəlif ölkələrin dövlət başçıları ilə görüşlərində həmin ölkələrin şirkətlərini Qarabağa investiya yatırmağa dəvət eləyib. Hesab edirəm ki, bu ərazilərdə quruculuq işləri Azərbaycan iqtisadiyyatının qeyr-neft sektoruna inteqrasiya olunmasında mühüm rol oynayacaq”. 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …