Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Qara dənizdə qərq olan Rusiya hərbi ansamblının son konserti… – VİDEO

Qara dənizdə qərq olan Rusiya hərbi ansamblının son konserti… – VİDEO

Rusiya Müdafiə Nazirliyinin bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsində nazirliyin Aleksandrov adına hərbi mahnı və rəqs ansamblı tam heyətlə həlak olub. 
Virtualaz.org-un məlumatına görə, bu, məşhur hərbi ansambldır. Böyük Vətən müharibəsində Alekandrov adına ansambl tez-tez cəbhədə, sovet əsgərləri qarşısında konsertlər verib, onları qələbəyə ruhlandırıb. İki dəfə Qırmızı Ulduz alıb.
İndi isə ansambl Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilmiş hərbi kontingenti Bəşər Əsədin hakimiyyəti naminə qələbəyə ruhlandırmaq, onları Yeni il münasibəti ilə təbrik etmək üçün gedirdi.
Ansamblın sonuncu konserti Moskvada, dekabrın 3-də olub. Həmin konsertdən kadrları təqdim edirik:

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın