Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Qar və şaxta əkin sahələrinə ziyan vurubsa…”

“Qar və şaxta əkin sahələrinə ziyan vurubsa…”

İsmayıllı rayonuna yağan qar kənd təsərrüfatı məhsulları istehsalçıları üçün çətinliklər yaradıb.

Yerli sakinlərin ONA-ya bildirdiyinə görə, aprelin 20-də yağan qar kənd təsərrüfatı bitkilərinin inkişafına mənfi təsir göstərəcək. Artıq meyvə bağlarında ağaclar çiçəkləyib, tərəvəz bitkiləri torpağa əkilib. Belə bir vəziyyətdə havaların kəskin soyuması təsərrüfata ziyan vurur. Yerli sakin Əşrəf Hüseynovun sözlərinə görə, bu il qış aylarında qarın yağmaması və aprel ayında havaların soyuq keçməsi, eləcə  də yağan qar həyətyanı sahələrdə tərəvəz və şitillərin, eləcə də yazlıq bitkilərin məhvinə səbəb olacaq: “Yağan qar ağacların çiçəklənməsi dövründə tozlanma, mayalanma proseslərinin pozulmasına gətirib çıxardır. Əgər bu gecə şaxta düşərsə çiçəklərin tələf olmasına və nəticədə məhsulun itməsi baş verə bilər”. İsmayıllı rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili şöbəsinin müdir müavini Şahin Hüseynov ONA-ya açıqlamasında bildirib ki, rayonun əkin sahələrindən yüksək məhsul götürmək üçün səpin işləri aqrotexniki qaydada həyata keçirilir, bütün becərmə işləri vaxtında aparılır: “Əgər qar və şaxta səbəbindən əkin sahələrinə ziyan dəyibsə həmin tarlalarda yenidən əkin aparılmalı, becərmə işləri yüksək səviyyədə həyata keçirilməlidir. Qarın yağmasına baxmayaraq rayonun kənd təsərrüfatı işçiləri, fermerlər bütün imkanlardan səmərəli istifadə edərək yüksək məhsul əldə edəcəklər”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …