Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Putinin xəstəlik söhbəti doğrudur…” – “The Times”

“Putinin xəstəlik söhbəti doğrudur…” – “The Times”

Britaniyanın “The Times” qəzeti az öncə Rusiya prezidenti Vladimir Putininn xəstəliyi barədə yayılan söhbətləri doğru adlandırıb.
Musavat.com-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nəşr bu barədə ABŞ-ın istefada olan və adlarının çəkilməsinin istəməyən generallarına istinad etdiyini yazıb.
Qeyd edilir ki, amerikalı sabiq generallara Putinin xəstəliyi haqda onların Rusiya hərbi dairələrində və xüsusi xidmətlərində işləyən həmkarları danışıb. Onlardan biri həqiqətən martın əvvəlində Kreml başçısının xəstələndiyi və bu üzdən qısa müddətə görünmədiyini söyləyib.
Qəzet daha sonra qeyd edir ki, belə bir versiya Kreml daxilindəki keçmiş və indiki insayderlərin son həftələrdəki danışıqlarına tam uyğundur.
“Putin xəstə idi, lakin öz ictimai imicinə zərər gəlməməsi üçün bunu etiraf edə bilməzdi” – deyə mənbə bildirib.
Lakin nəşr Putinin konkret hansı xəstəliyi tutulduğu haqda yazmayıb.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın