AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin Kremldə elm və innovasiya sahəsində çalışan gənc alimlərin mükafatlandırılması zamanı inanılmaz təmkin nümayiş etdirib. Qəbulda xidmət edən personal içərisində şampan üçün qədəhlər olan sinilərdən birini əlindən yerə salıb. Bu zaman zalda qulaqbatıran gurultu eşidilib. Lakin həmin an məruzəçini dinləyən Rusiya prezidenti qaşını belə tərpətməyib.

Putinin bu reaksiyası ilk olaraq “Komsomolskaya pravda” qəzetinin müxbiri Dmitri Smirnovun diqqətini çəkib. O, “Twitter” səhifəsində “Əsəb yoxdur: gənc alimlərin mükafatlandırılması mərasimində qədəhlərlə dolu sininin düşməsinə Putinin reaksiyası” qeydini paylaşıb.