Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Putinin 70 milyard dollar sərvəti varmış…

Putinin 70 milyard dollar sərvəti varmış…

Rusiya prezidenti Vladimir Putinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəlib.
Beləliklə Putin Bill Gatesdən sonra dünyanın ikinci ən zəngin insanı hesab olunmalıdır.
Türkiyə mediasının yaydığı məlumatda iddia edilir ki, Sovet İttifaqının çökməsi ilə Putin “Qazprom”un səhmlərinin 5 faizini, “Surqutneftegas” şirkətinin səhmlərinin 50 faizini alıb. Qazpromun illik gəlirinin 100 milyard olduğunu nəzərə alsaq 5 fazilik hissə milyonlarla dollar gəlir deməkdir.
Putinin lüks saatlara həvəs göstərdiyi məlumdur. Araşdırmala görə, onun “Philippe Patek” markalı saatlardan ibarət kolleksiyasındakı saatların ümumi dəyəri 700 min dollar təşkil edir. Eyni zamanda prezidentin 40 milyon dollarlıq yaxtasının, ölkə daxilində 20 villasının olduğu bildirilir. Bu villalardan biri tarixi qəsrdir.
Hedge fondunun baş direktoru Bill Brovder isə Putinin 2000 milyard dollar səvəti olduğunu iddia edir. O bildirib ki, Putin 14 ildir Rusiyada hakimiyyədədir, bu illər ərzində ölkə külli miqdarda sərvət qazanmasına baxmayaraq yollara və ölkənin abadlaşdırılmasına vəsait sərf edilməyib. “Bu pullar İsveçrə banklarında Putinin hesablarına yatırılıb”.- deyə o bildirib
Rəsmi qeydiyyata görə Rusiya prezidentinin illik qazancı 187 min dollardır. O, 500 min dollar sərvətə malik olduğunu şəxsən təsdiq edib.(olke.az)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın