Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / “Putini dar ağacından asacaqlar, amma məni…” – Konspiroloji araşdırma…

“Putini dar ağacından asacaqlar, amma məni…” – Konspiroloji araşdırma…

Rusiyada Andropovun “Mİ-6”-nın xətti ilə planlaşdırdığı və qlobal elitanın himayəsi etdiyi “çekist kapitalizmi” qurulub?..

Moderator.az-ın məxfi konspiroloq-ekspertinin  bu günlərdə dərc etdiyimiz “Azərbaycanı xaosdan Rotşildlər qoruyur…”(moderator.az/news/162980.html ) başlıqlı müsahibəsində irili-xlrdalı bəzi ölkə prezidentlərinin əslində prezident yox, dünyanı yönləndirməyə çalışan qlobal güclərin konkret ərazilər üzrə rezidenti olduğu iddia edilmişdi.  Qısa arayış: prezident və rezident sözləri  eyniköklü olan  latın sözlərindən düzəlib. Rezident- rezidens (yerində oturan), prezident isə praisedins(başda, irəlidə oturan) sözündən yaradılıb.  İlk vaxtlar Böyük Britaniya imperiyasının müstəmləkələrində olan  baş nümayəndələrinə – canişinlərinə rezident deyilirdi. Sonralar, xüsusən sovet dövründə imperialist ölkələrin tabeliklərində olan ölkələrdəki kəşfiyyat nümayəndələrinə də rezident deyilməyə başlandı. Bu istiqamətdə araşdırmalarımız göstərdi ki, doğrudan da son onilliklərdə bir sıra dövlət başçılarının seçilərkən xalqa, dünyaya verdikləri vədlərlə, eləcə də sonrakı çıxışlarıyla əməlləri uzlaşmır. Biri bəyan edir ki, dünyada sülh və əmin-amanlıq yaradılmasına dəstək olacaq, münaqişələrin həllinə çalışacaq, terrorçuluqla mübarizə aparacaq,  planetdə yoxsulluğun, aclığın qarşısını alacaq. O birisi deyir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparacam, xalqın yaşayış səviyyəsini yüksəldəcəyəm, yeni iş yerləri açacağam. Amma  belə prezidentlərin fəaliyyətləri müddətində söylədikləri istiqamətdə yalnız kosmetik, manipulyativ addımlar atdığının, dünyada heç bir münaqişənin həll olunmadığını, əksinə, yenilərinin yarandığının, terrorçuların, az qala, hər bir dövlətə  meydan oxuduğunun, insanların müharibə və münaqişələr girdabında qarışqa kimi qırıldığının, milyonlarla adamın qaçqın düşməsinin, ac-susuz qaldığının və s. şahidi oluruq. Bu biri vəd vermək həvəskarının isə ölkəsinin daxilində bütün sahələrdə korrupsiya daha da güclənir, əyalət başçıları sakinlərə divan tutur, yeni açılmış  50-60 nəfərlik iş yerləri, uzağı, bir ildən sonra bağlanır, xalq kredit və sələm içində boğulur, kəndlər boşalır, bəziləri tamamilə yox olur,  intihar, qətl, oğurluq və s. kütləviləşir. Belə olan halda həmin dövlət başçılarının demoktariyanın inkişafına, münaqişələrin  həllinə, sülhün bərqərar olmasına,  korrupsiyanın kökünün kəsilməsinə, xalqın rifah halının yüksəlməsinə  xidmət etməsinə necə inanasan? Bu suallar artıq sadə insanları da  çox düşündürür.  Bu baxımdan iri dövlət başçılarının fəaliyyətinin konspiroloji araşdırmasının məqsədəuyğun olduğunu hesab etdik. İlk olaraq daxili, iqtisadi problemləri daha çox olan Rusiyadan başlamağa qərar verdik…
(Yazının əvvəlini bu linklərdən oxuya bilərsiz:
Putin Andropov “KQB”sinin yetirməsi kimi…
…“KQB” yetirməsi Vladimir Putinin hakimiyyətə gəlməsinin  keçmiş SSRİ DTK-nın rəhbəri Yuri Andropovun hələ 1970-ci illərdən qurduğu “islahatlar” planına uyğun olduğunu da iddia edənlər var. Belələri yəhudi mənşəli  Andropovun həm “KQB”  rəhbəri, həm də SSRİ lideri olduğu dövrlərdə – Sovetləri dirçəltmək yox, əksinə, dağıtmaq məqsədi güddüyünü deyirlər.  Onun gəncliyindən Britaniyanın “Mi-6” kəşfiyyat xidməti ilə bağlı olduğu  da iddia edilir(Bu barədə ətraflı danışarıq, inşallah). Elə Qorbaçov, Yeltsin və Putinin də məhz “Mi-6” -nın xətti ilə lider kimi yetişdirildiyi söylənilir. SSRİ dağıldıqdan sonra Rusiyanın, eləcə də keçmiş müttəfiq respublikaların bir çoxunun siyasi-iqtisadi rıçaqlarının “keqebeşnik”lərin nəzarətinə keçməsini, onların bir çox nəhəng şirkət və holdinqlərin, eləcə də QHT-lərin rəhbərliyinə yerləşdirilməsini konspiroloqlar Putinin  “çekist kapitalizmi” qurmasıyla əlaqələndirirlər…
 
Uşaqlıqda yəhudi qonşularının, hakimiyyətdə iudaist-xasid ravvinlərin himayəsi ilə yetişdi?..
XX əsrin əvvəllərindən bəri əksər iri dövlət liderlərinin yəhudi mənşəli olması barədə çox danışılır. V.Putinin tərcümeyi-halında yəhudilərlə nəsil əlaqəsi olmasına işarə edən faktlar tapılmır. Amma onun uşaqlıqda qonşuluğundakı yəhudi ailələrinin himayəsi ilə yetişməsi haqda qeyri-rəsmi məlumatlar dolaşır. Bunu deyənlər hazırkı Putin iqtidarının da məhz yəhudilərin “qucağında oturduğu”nu iddia edirlər. Bu  mənada Putinin  Rusiya Ravvinlərinin lideri Berl Lazarla sıx əlaqələri də şübhəlidir. 1990-cı ildə “KQB” rəhbəri V.Kryuçkovun ABŞ-dan qaçırdaraq Moskvaya gətirdiyi bu  yəhudi 2000-ci ildə məhz prezident Putinin xeyir-duasıyla Rusiya ravvinlərinin başçısı seçilir. İsraildə bəzilərinin “iudaistlərin vəhhabiləri” hesab etdiyi, amma dünyadakı prsoseslərə böyük təsir gücünə malik olan  ultra-neonasist “xasid”(bəzi mənbələr “xabad” da adlandırırlar) cərəyanının nümayəndəsi olan B.Lazarın Rotşildlərin  gənc baronu David Rotşildlə birgə tədbirlərdə iştirak etməsini təsdiqləyən faktlar da var. Qeyd edək ki, yəhudi xabadların Ukraynada da böyük nüfuzu var və Maydan hadisələrinin ilhamvericilərindən sayılırlar. Statistikaya görə, Putinin yalnız 2000-2005-ci illərdə B.Lazarla təxminən 16 rəsmi görüşü olub. Buraya İsrailə birgə səfərləri də daxildir. 2000-ci il iyulun 13-də isə gizli görüşüblər…
Putinin “dayısı” Kissincerdirmi?
Siyasətçilərin din adamlarıyla əlaqələri o qədər də diqqəti cəlb etmir. Bu anlamda Putinin üzdə  olan dünya siyasətçilərindən ötən yazılarda da xatırlatdığımız Amerika diplomatiyasının patriarxı, keçmiş dövlət katibi, qlobal elitanın üzvü Henri Kissincerlə yaxın rəsmi ünsiyyəti daha çox nəzərə çarpır. Araşdırmalardan aydın olur ki, Putinlə hələ 1990-cı illərin əvvəllərindən tanş olan Kissincer onunla mütəmadi əlaqə saxlayır. Bütün bunlar da Rusiya elitasının bəzi təbəqələrində  məşhur mason və Amerika diplomatının Putinə “dayılıq” etməsi barədə fikirlər yaranmasına gətirib  çıxarır. Kəşfiyyatçı-analitik İ.N.Panarin Kissincer-Putin əlaqələri haqqında maraqlı versiya irəli sürür. O hesab edir ki, Putinin Rusiya liderliyinə gətirilməsində Kissincer əsas rol oynayıb. Təsadüfi deyil ki, Putin özünün 2000-ci ildə yazdığı kitabında  hələ 90-cı illərin əvvəlində Sankt Peterburqda adi bir məmur olduğu vaxt Kissincerlə tanışlığını detallı şəkildə təsvir edir.
Rusiyanın lideri  “SSRİ-nin qəbirqazanı” ilə niyə mütəmadi görüşür?
Kissincerin son iki onillikdəki səfərlərini araşdırsan, şübhəsiz ki, saya görə ilk yerdə Moskva səfərləri durar:
2001-ci il iyulun 3-də Kissincer  Moskvada Putinlə rəsmi  görüşündə Raket Əleyhinə Müdafiə Sistemləri (RƏMS) barədə müzakirələr aparıb. 2004-cü ildə yenidən görüşürlər. Amma bu dəfə müzakirələr əsasən qeyri-rəsmi şəraitdə  keçirilir. 12 fevral 2005-ci ildə danışıqlar qapalı keçirilib. 16 iyun 2006-cı ildəki görüşdə rəsmi məlumatlara görə, İranın nüvə  məsələsi müzakirə olunub. 26 aprel 2007-ci ildəki görüşdə Rusiya Ticarət Sənaye Palatasının rəhbəri, Kissincerin “köhnə dost” adlandırdığı yəhudi mənşəli Y.Primakov da iştirak edib. ABŞ-Rusiya əlaqələrinin inkişafı üçün işçi qrup yaradılması təşəbbüsündən danışılıb.   13 iyul 2007-ci ildə Putin  bir daha Henrini Primakovla birgə qəbul edib. 17 iyun 2008-ci il. Bu dəfə prezident D.Medvedev  Kissinceri “Amerika-Rusiya: gələcəyə baxış” İctimai Forumunun həmsədri kimi qəbul edir. 12 dekabr 2008-ci ildə Medvedev yenidən Kissinceri Primakovla birgə qəbul edir. 2012-cu il yanvarın 20-də isə V.Putin köhnə dostunu baş nazir kimi qarşılayır. 2013-cü ilin  noyabrında və 2014-cü iilin oktyabrında da Kissincer  Moskvada Putinlə Ukrayna ilə bağlı geniş müzakirələr aparıb.   Sonuncu görüşləri isə  2016-cı ilin fevralın 3-də  Moskvada olub. Ümumiyyətlə, “SSRİ-nin qəbirqazanı” adlanan Kissincerin Putinlə rəsmi görüşlərinin sayı 18-dir…
Kissincerlə gizli görüşdən sonra Putin Rusiyada NATO bazası yaradılmasına icazə verir?..
Kanadanın məşhur “Global Research” portalı 2007-ci ildə Kissincerin bir qrup tanınmış ABŞ siyasətçisiylə birgə Moskvada gizli şəraitdə Putinlə görüşdüyünü yazır. Sözügedən görüş haqda yalnız “The Moscow times və “Qardian” nəşrlərində kiçik xəbərlər verilib. Ağ Ev də mətbuata ciddi şəkildə Kissincerin səfərini işıqlandırmamaq tapşırığı verib. Kanada nəşrinin yazdığına  görə, görüşdə keçmiş dövlət katibi Corc Şults kimi talantların da iştirak etməsi göstərir ki, tərəflər RƏMS-lərin yayılması,  karbohidrogen ehtiyatlarının kəşfi və istismarı, Kosovo problemi və s. kimi vacib məsələləri müzakirə ediblər. Və  bir jurnalistə verdiyi açıqlamada görüşün nəticələri haqda danışan Kisincer yalnız onu  bildirib ki, biz Putinin öz qiymətli vaxtını bizə ayırmasından və  onun öz düşüncələrini açıq şərh etməsindən razı qaldıq. Diplomatik anlamda “açıqlıq” görüşün fikir ayrılıqları şəraitində keçməsi  anlamına gəlir. Lakin bəzi rus mənbələri həmin görüşdə Putinin  Rusiyaya zərbə vuracaq bir sıra razılaşmalara gəldiyini bildirir. Bunlardan ən birincisi kimi, 2007-ci ildə Ulyanovskda bir sıra rus generallarının  “faktiki NATO bazası” hesab etdiyi Əfqanıstana uçan NATO təyyarələri üçün tranzit baza yaradılmasına razılıq verməsi hesab edilir…
 
General-polkovnik L.İvaşov:”Putin NATO-nun Rusiyanı döyüşsüz işğal etməsinə şərait yaradan sənəd imzalayıb…”
Rusiyanın məşhur hərbi və siyasi xadimi, Geo-siyasi Problemlər Akademiyasının rəhbəri, general-polkovnik Leonid İvaşov da hesab edir ki, Putin 2007-ci ildə NATO-nun Rusiyanı döyüşsüz işğal etməsinə şərait yaradan 99-fz saylı qanunu imzalamaqla və Ulyanovskda guya “Əfqanıstana tualet kağızı, diş pastası və s. daşıyacaq ABŞ təyyarələrinə enib-düşmə məntəqəsi” adı ilə faktiki NATO bazasının yaradılmasına icazə verməklə Rusiyaya xəyanət edib…
Kissincer Putini dolayısıyla müdafiə edir…
Hələ 2014-cü ilin martın əvvəlində Ukraynadakı qarşıdurmalar yenicə alovlandığı vaxt Kissincer “Vaşinqton post” qəzetindəki bir məqaləsində  yalnız Putini  hədəf alan  Qərb siyasətçilərini kəskin tənqid edərək yazırdı:” Qərb üçün Putini qaralamaq siyasət deyil. Bu, siyasətin olmamasının təsdiqidir…” 2014-cü ilin noyabrında  Nyu-Yorkda Berlin divarlarının sökülməsinin 25 illiyi ilə bağlı simpoziumdakı çıxışında Rusiyaya qarşı sanksiyaları bir daha tənqid  edən Kissincer Putini Stalinə bənzətməyin də yanlış olduğunu söyləyib və sadəcə, Qərbdən bərk incimiş Putini Böyük Pyotrla müqayisə edib…
Rusiyanı məhv etmək üçün Putini  “səddamlaşdırırlar”?
Rusiyanın aparıcı  müxalifətyönlü saytlarından biri Kissincer və Putinin  ötən ilin fevralındakı son görüşü barədə maraqlı fərziyyələr irəli sürür: “Çox güman ki, görüşdə iki əsas mövzu müzakirə edilib: nüvə silahı- “qırmızı düyməyə” basmaq hazırlığı və Putinin şəxsi taleyi… Putinin “səddamlaşdırılması” bütün sürəti ilə gedir. İraq diktatoru Səddam Hüseyn də özgə ərazilərini tutaraq özünü göydə hiss edirdi. Yalnız ABŞ-ın “qara hədəfi”nə dönəndən sonra ağlı başına gəldi. Putin də onun yolu ilə gedir…”
Tanınmış filosof və sosiloq, Rusiya Humanitar Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru Vitali Polikarpovun  “Kissincerin sirri: niyə Putin ona qulaq asır?” kitabını oxusanız, daha  çox məqamlar aydın olar…
Putini hərbi tribunala vermiş Dövlət Duması Təhlükəsizlik Komitəsinin üzvü müəmmalı şəkildə həlak olur…
1994-2000-ci llərdə Rusiya Dövlət Duması Təhlükəsizlik Komitəsinin üzvü kimi çalışmış və ömrünün sonunadək Dumanın deputatı olmuş  V.İ.İlyuxin Ümumrusiya Zabitlər Məclisinin sədri kimi 2011-ci il fevralın 10-da o vaxt baş nazir olan V.Putini ictimai hərbi tribunala vermiş və tribunal Putinin prezident olduğu dövrdə Vətənə xəyanət(RF CM-in 275-cı m.) maddəsi ilə cəzalandırmağa layiq olması haqda qərar çıxarmışdır. İttihama əsas səbəblər  kimi Putinin hakimiyyəti dövründə Kuba və Vyetnamdakı iki çox əhəmiyyətli  hərbi bazanı, “Mir” kosmik stansiyasını və  strateji təyinatlı raket qoşunlarının SSRİ-dən qalma ən müasir və dünyada  heç bir analoqu olmayan  RT-23  dəmiryol əsaslı qatar-raket kompleksinə malik 3 diviziyasını məhv etməsi göstərilirdi. Həmin il martın 2-də isə hərbi tribunalın qərarı prezident D.Medvedevə və FTX-nin sədri M.Terexova göndərilmişdir. Maraqlıdır ki, bundan cəmi 17 gün sonra – martın 19-da  62 yaşlı  V.İ. İlyuxun öz şəhərkənarı evində qəflətən (həkimlərin rəsmi rəyinə görə geniş infarktdan) vəfat etmişdir. Lakin  keçmiş deputat  həmkarı, Rusiya Kommunist Partiyasının katibi  S.Obuxov açıqlamsında deyib ki, İlyuxin indiyədək ürəyindən şikayət etməyib, onun  gözlənilməz ölümü bizi çox təəccübləndirir…
Yəhudi mənşəli daha bir himayəçi – Boris Berezovski…
2013-cü ilin martında Londonda müəmmalı şəkildə həyatını itirmiş yəhudi mənşəli Rusiya oliqarxı Boris Berezovskinin də Putinin  bir siyasi fiqur kimi yetişidirilməsindəki böyük xidmətlərini bir çox siyasilər etiraf edir. Qeyd edək ki, Berezovski 1996-1997-ci illərdə RF Təhlükəsizlik Şurasının katibinin müavini, 1998-1999-cu illərdə MDB –nin icraçı katibi, 1999-2000-ci illərdə Duma deputatı kimi çalışmışdır. Putinlə 1990-cı ildə Peterburqda tanış olduğunu söyləyən Berezovski onu Rusiyada rüşvət almayan ilk məmur adlandırır. Məzuniyyətləri zamanı İsveçrədə birgə xizək sürdüklərini xatırlayır.  Müsahibələrində Berezovski Putinin həm FTX-nin sədri, həm də baş nazir vəzifəsinə  irəli çəkilməsində  bilavasitə özünün rol oynadığını vurğulayır. Çünki o, Yeltsin ailəsinin ən yaxın adamlarından biri kimi 90-cı illərdə Rusiyadakı ictimai-siyasi proseslərə böyük təsir gücünə malik olub. Maraqlıdır ki, Berezovskinin Kissincerlə bilavasitə əlaqələri barədə məlumat olmasa da, o hələ 90-cı illərdə öz idealının məhz Kissincer olduğunu söyləyib. Lakin 2013-cü ilin aprelində canlı yayımda Berezovskinin ölümü ilə bağlı jurnalistlərin suallarına cavab verərkən Putin onunla  heç vaxt yaxın əlaqələrdə olmadığını bildirir…
“Mİ-6”, “Mossad” və “CİA” ilə sıx əlaqəsi olan Berezovskini kim öldürdü?
2000-ci ildə əvvəlcə Putinin prezidentliyə namizədliyini müdafiə edən Berezovski həmin ilin payızından ona qarşı müxalifətə keçir. 2001-ci ildə prokurorluq tərəfindən barəsində dələduzluq, hakimiiyyət çevrilişinə cəhd və s. maddələr üzrə cinayət işi qaldırıldıqdan sonra o, interpolla axtarışa verilir. 2003-cü ildən siyasi qaçqın kimi Londonda yaşayır. Onun 2006-cı ildə Londonda  zəhərlənərək öldürülmüş keçmiş “KQB”-“FSB” əməkdaşı Aleksandr Litvinenko ilə birgə Putini devirərək hakimiyyətə gəlməyi planlaşdırdığı da bildirilirdi.  2013-cü il martın 23-də Berezovskinin cəsədi  Londondakı evində  asılmış vəziyyətdə  tapılır. Onun guya intihar etməsi barədə informasiyalar yayıldı.  Əksər qərbmeyilli KİV-lər  Berezovskinin məhz Putinin göstərişi ilə qətlə yetirildiyini iddia etdilər. Lakin maraqlıdır ki, 2013-cü ilin fevralında Berezovski Rusiya prezidentinə  bağışlanması və Vətənə dönməsinə şərait yaradılmasıyla bağlı müraciət göndərmişdi. İkinci məktubu isə Putinə artıq ölümündən sonra çatdırılmışdı. Bunu Putini özü də müsahibəsində etiraf edir. Bu fakta əsaslanan bəzi mənbələr  “Mi-5”, “Mi-6”, “Mossad” və  “CİA” ilə sıx əlaqəsi olan Berezovskinin Rusiyanın bir qrup oliqarxının Putini devirmək barədə planı haqda ciddi informasiyalara malik olduğunu iddia edirlər. Və guya onun həmin gizli informasiyaları Rusiya prezidentinə çatdırmağa cəhd etməsinə görə Qərb xüsusi xidmət orqanları və yaxud elə həmin oliqarx qrupu tərəfindən qətlə yetirildiyi bildirilir…
“Məni Putindən öncə asacaqlar…”
2012-cü ildə məşhur  Ukrayna jurnalisti Dmitri Qordona müsahibəsində  hələ də Putinə qarşı müxalif fikirlər söyləyən Berezovski açıq şəkildə deyir: “Mən inanıram ki, bu gün etdiklərinə görə Putini dar ağacından asacaqlar. Ancaq məni ondan öncə asacaqlar. Çünki deyəcəklər ki, sən onun hakimiyyətə gəlməyinə dəstək olmusan…”
Putin Rusiyanı böyütdü və  “idarəolunan xaos”u durdurdu…
Bütün bu deyilənlərlə yanaşı, V.Putinə Rusiyanın keçmiş imperiya şöhrətini qaytaracaq bir lider kimi baxanlar da xeylidir. Bunu Rusiya prezidentinin 2015-ci ildən bəri  Suriyadakı münaqişəyə sərt müdaxiləsi, ABŞ-dakı son seçkilərində D.Trampın prezident seçilməsinə birbaşa təsir göstərməsi, Qərbin sanksiyalarına rəğmən  2016-cı il ərzində  rublun dollara nisbətdə dəyərinin gözlənilmədən yüksəlməsi və “ilin ən çox bahalaşan valyutası”  olması ilə də əsaslandırırlar.  Və ən əsası, məhz Putinin  Suriyaya hərbi-siyasi  müdaxiləsi sayəsində Türkiyə, İran və Azərbaycan da daxil olmaqla postsovet məkanını bürüyəcək “idarə olunan xaos”un qarşısının alındığını iddia edilir…
O da var ki, V.Putinin  hakimiyyətdə  olduğu son 17 ildə Rusiya hələki parçalanmayıb. Əksinə,  Krım boyda ərazini yenidən öz ərazisinə birləşdiirb. Üstəlik, bəzi  geo-siyasi və iqtisadi parametrlərdə mövqeyini möhkəmləndirib və rəqibi ABŞ-ı üstələyib. Putinin Azərbaycana və konkret Qarabağ məsələsinə münasibəti isə başqa söhbətin mövzusudur…
Ən doğrusunu Allah bilir. Və zaman kimin kim olduğunu aydınlaşdırmasa belə, biz kimliyimizi itirməməliyik…

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …

Bir cavab yazın