Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Putindən 100 milyonluq təklif

Putindən 100 milyonluq təklif

Yunanıstan baş naziri Aleksis Tsipras ikitərəfli iqtisadi-siyasi münasibətləri müzakirə etmək üçün Moskvada Vladimir Putinlə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdən sonra Rusiya və Yunanıstan liderləri danışıqların nəticəsi olaraq ölkələr arasında 2015-2016-cı illər üçün birgə tədbirlər planını imzalayıb.
Yunanıstan baş naziri Aleksis Tsipras ölkəsinin Avropa Birliyi üzvü olmasına baxmayaraq, İttifaqın Rusiyaya qarşı sanskiya siyasətinin məntiqi ilə razılaşmadığını, bunun faktiki olaraq Moskvaya qarşı “iqtisadi müharibə” olduğunu söyləyib: “Rusiyanın sanksiyalara cavab ölçüləri Yunanıstan iqtisadiyyatını ağır yaralayıb. Biz Qərbin bu sanksiyaları ilə razılaşmadığımızı bundan əvvəl də açıq bəyan etmişik”.
Görüşdən əvvəl Putinin Yunanıstanın adını ərzaq embarqosu siyahısından çıxaracağı barədə söz-söhbətlər dolansa da, jurnalistlərə verdiyi açıqlamada Putin bunu istisna edib. Putin Yunanıstanın Rusiyaya qarşı sanksiyalara məcburiyyətdən qoşulduğunu anladığını desə də, xaricdən malların idxalına qoyulan qadağa ilə bağlı təkcə Yunanıstanı istisna etməyin düzgün olmadığını vurğulayıb.
Putin görüşdə həmçinin Yunanıstanın Türkiyə axını layihəsində iştirakının müzakirə olunduğunu diqqətə çatdırıb və Afinanın qoşulacağı təqdirdə bunun Yunanıstana yüz milyonlarla avro gəlir gətirəcəyini vurğulayıb.

 

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …

Bir cavab yazın