Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / İqtisadiyyat / PUTİN YENİ MÜHARİBƏYƏ BAŞLAYIR! – Rusiya təkbaşına İŞİD-ə hücum edəcək!

PUTİN YENİ MÜHARİBƏYƏ BAŞLAYIR! – Rusiya təkbaşına İŞİD-ə hücum edəcək!

Prezidenti Vladimir Putin Rusiyanın Yaxın Şərqdə yeganə hərbi qalasının möhkəmləndirilməsinə çalışır. Digər tərəfdən isə əgər ABŞ, Moskvanın İŞİD-ə qarşı birlikdə hərəkət etmək təklifindən imtina edərsə, onda Rusiyanın özü birtərəfli qaydada Suriyadakı İŞİD-ə aviazərbələr endirməyə hazırlaşır. Bu məlumatları etibarlı mənbələr verir. (Bloomberg)

Lakin Putin terror qruplaşmalarına qarşı mübarizədə təkbaşına deyil, Amerika və onun müttəfiqləri, həmçinin də İran və Suriya ordusu ilə birlikdə hərəkət etmək istəyir. Rusiya Müdafiə Nazirliyinin Kremlə yaxın olan müşavirlərindən birinin sözlərinə görə, hələki, Obama administrasiyası belə bir koordinasiyanın əleyhinədir.
Bu gün Rusiya diplomatiyası bütün gücü ilə işləyir. Putin Rusiyanın müttəfiqi olan və dörd il yarımdır ki, İŞİD bayrağı altında vuruşan sünni ekstremistlərə qarşı vətəndaş müharibəsi aparan və mühasirə vəziyyətinə salınmış Bəşər Əsəd rejiminin yıxılmasının qarşısını almağa çalışır. Sentyabr ayının 20-də Putinlə danışıq aparmaq üçün İsrailin baş naziri Benyamin Natanyahu Moskvaya getmişdi və səhəri günü isə Tükiyə pezidenti Rəcəb Təyyub Ərdoğan Kreml lideri ilə görüş keçirmişdi.

ƏSƏDİN OYUNDAN ÇIXARILMASI

1358228134_bashar-al-assadRusiya tərəfindən ABŞ-a verilmiş Putinin təklifi – müştərək hərbi fəaliyyət və Vaşinqtonun əsas tələbi sayılan siyasi baxımdan Əsəddən uzaq durmaq kimi məsələləri nəzərdə tutur. Bu təşəbbüs 28 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün bir günlük Nyu-Yorka səfərə yollanacaq Putinin gündəliyinin əsasını təşkil edəcək. Rusiya prezidentinin Barak Obama ilə görüşü də artıq razılaşdırılıb.
Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə baş analitiki Yelena Suponina məsələ ilə əlaqədar deyib: ”Rusiya ümid bəsləyir ki, sağlam məntiq nəhayət qalib gələcək və Obama Putinin irəliyə uzatdığı əli sıxacaq. Yox, əgər bu baş verməsə də, Putin yenə də fəaliyyətə keçəcək”.

Son həftələr Putin tərəfindən Suriyadakı Rusiya hərbçilərinin sayının artırılması, Krımın ilhaq olunmasına və Ukraynadakı separatçılara hərtərəfli yardım göstərilməsinə qəzəblənən ABŞ rəhbərliyini daha da həyacanlandırıb. Ukrayndakı hərəkətlər ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib ki, bunun sayəsində də bu ölkə iqtisadi resesiyaya məruz qalıb.
Adının çəkilməsini istəməyən Vaşinqtondakı rəsmi nümayədələrindən biri söyləyib ki, ABŞ, Rusiya təyyarələrinin iştirakı ilə İŞİD-ə qarşı zərbə endirilməsi məsələsinin koordinasiya olunmasını müzakirə etməyə hazırdır, lakin Amerika və onun müttəfiqləri Moskvadan konkret təkliflər almayıblar. Digər yandan isə Amerika Əsəd qoşunlarını bu fəaliyyətlərə qoşmaq niyyətində deyil.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə hələlik, vəziyyətin şərh edilməsi ilə bağlı göndərilən məlumatları cavabsız qoyub.

QIRICILAR

Rusiya Latakiya şəhəri yaxınlığında yerləşən aerodroma iyirmiyə yaxın qırıcı təyyarə göndərib və yüzlərlə hərbçini həmin aerodromun yanındakı bazada yerləşdirib. Bu barədə məlumatları peyk görüntüləri ilə yanaşı, Moskvanın kütləvi informasiya vasitələri də təsdiqləyir. Keçən həftə Kreml bəyan edib ki, əgər Dəməşqdən müvafiq müraciət olarsa, Rusiya Suriyada döyüş fəaliyyətlərinə başlaya bilər. Rusiya Müdafiə Nazirliyinin müşavirinin sözlərinə görə, Rusiyanın istənilən halda hərbi müdaxiləsi Suriyanın müttəfiqi İran və Əsəd hökuməti ilə koordinasiya ediləcək.
Məlumatlı mənbələrin verdiyi xəbərə görə, Kreml Hərbi Hava Qüvvələrinə məxsus 2000 nəfərlik hərbçinin Suriyaya göndərilməsinin təsdiqi üçün parlamentə müraciət hazırlayıb. Amma hələlik həmin sənəd parlamentə təqdim edilməyib.
Putin 1999-cu ildə hakimiyyətə gəldikdən sonra islam separatçılarına qarşı Qafqazda mübarizə aparıb və onun cihadçıların Suriyada güclənməsindən narahat olmasının səbəbi var. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Suriyadakı cihadçıların tərkibində 2000 Rusiya vətəndaşı döyüşür. Bu isə öz növbəsində Rusiya ərazisində törədilə biləcək terror aktı təhlükəsini artırır.

ANLAYIŞLI ABŞ

211826740Əldə olunan məlumatlara görə, ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin həyata keçirdiyi aviazərbələr nəticəsində İŞİD əvvəllər tutduğu ərazilərin 30 faizindən çəkilmək məcburiyyətində qalıb.Ancaq bütün bunlara baxmayaraq, İŞİD təxminən Suriya ərazisinin yarısını və İraqın isə əsas əyalətlərini nəzarət altında saxlayır. Suriyada gedən döyüşlər Yaxın Şərq regionuna böyük ziyanlar vurub. Beləki, müharibə nəticəsində ən azından 250 min nəfər ölüb, yüz minlərlə insan isə sığınacaq tapmaq ümüdi ilə Avropaya doğru axın edib.
İki gün əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Moskvanın mövqeyinə daha anlayışlı yanaşmağa başlayıb. ABŞ Suriyaya qarşı olan iki əsas tələbini yumşaldıb. Bu tələblər – Əsəd rejiminin dərhal istefaya getməsi və Vaşinqtonun onun hökuməti ilə danışıqlar aparmayacağından ibatətdir. ABŞ dövlət katibi Con Kerri 17 senyabrda, məhz bu cür bəyənatla çıxış edib. Ertəsi gün isə ABŞ və Rusiyanın hərbi rəhbərləri Ukrayna böhranından sonra ilk dəfədir ki, birbaşa danışıqlar aparıblar. Onlar öz ordularının Suriyada toqquşmamaları üçün iki ölkə arasındakı dialoqun davam etdirilməsi məsələsində razılığa gəliblər.

SƏUDİYYƏ ƏRƏBİSTANI

Suriyadakı müqavimət qüvvələrini silahlandıran Səudiyyə Ərəbistanı, Rusiyanın Əsədin keçid dövrünün sonuna kimi prezident vəzifəsində qalmaq təklifi ilə bir şərtlə razı olar ki, o, özünün hakimiyyət səlahiyyətlərindən məhrum olsun. Bu fikirləri Ciddə şəhərində yerləşən “Yaxın Şərq Strateji və Hüquqi Araşdırmalar Mərkəzi”nə rəhbərlik edən istefada olan səudiyyəli general Ənvər Eşki söyləyib. Ənvər Eşki daha sonra bildirib ki, Rusiyanın Suriyaya gəlməsi regionda sabitlik yaratmağa kömək göstərməklə bərabər, İŞİD-in məhv edilməsi şanslarını da artıra bilər.

azpolitika.info

Həmçinin oxuyun

Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi

2019-cu ilin payız sessiyasının iş planına iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra …

Bir cavab yazın