Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Putin var-dövlətindən danışdı: “Pulu tabutda özünlə apara bilməzsən”

Putin var-dövlətindən danışdı: “Pulu tabutda özünlə apara bilməzsən”

Amerikalı rejissor Oliver Stounun hazırladığı reportajlar silsiləsi çərçivəsində növbəti müsahibəsini verən Rusiya prezidenti Vladimir Putin var-dövlətindən danışıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin iddia edildiyi qədər də varlı olmadığını deyib. Oliver Stounun Putinə “Sizi dünyanın ən varlı insanı hesab edirlər” sualına dövlət başçısı belə cavab verib: “Deyildiyi qədər var-dövlətim yoxdur. Kiprdə bank hesablarımın olması da uydurmadır. Hamısı axmaq sözlərdir və belə bir şey olsaydı, çoxdan hamıya bəlli olardı”.

Putin açıqlamalarına belə davam edib: “Mənim üçün əsl var-dövlət xoşbəxtlikdir. Böhran zamanı pullarınızı nə edəcəyinizi, onları hara qoyacağınızı düşünə bilərsiniz. Həm də bu sizə problem yarada bilər. Siz bank hesablarında çoxlu pulu olan milyonerlərdən daha varlısınız. Öz fikirləriniz, istedadınız var və bunları ifadə edə bilirsiniz. Özünüzdən sonra böyük iz qoya bilirsiniz. Pul isə insana belə xoşbəxtlik yaşada bilməz. Onu tabutda özünlə apara bilməzsən”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın