Ana səhifə / İqtisadiyyat / Putin Trampın andiçməsinə getməyəcək

Putin Trampın andiçməsinə getməyəcək

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak yeni seçilən prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmaqla bağlı dəvəti qəbul edib.

Bu barədə RİA Novosti-yə əfirliyin mətbuat xidmətindən məlumat verilib.

“Protokol qaydalarına və təcrübəyə əsasən ABŞ prezidentinin inauqurasiya mərasiminə xarici səfirlər dəvət edilir. ABŞ tərəfindən Rusiyanın səfiri Sergey Kislyak bu mərasimə dəvət olunub. Səfir həmin tədbirdə iştirak edəcək”, – deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin açıqlamasında bildirib.

Qeyd edək ki, Donald Tramp andiçmə mərasimi yanvarın 20-də keçiiləcək. Bundan öncə bəzi KİV-lərdə Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə gedəcəyi haqda məlumatlar yayılmışdı.(azvision.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın