Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Putin Şafkat Mirzayevlə görüşdü – Kərimovun postuna ən real namizəd…

Putin Şafkat Mirzayevlə görüşdü – Kərimovun postuna ən real namizəd…

Özbəkistana səfər edən Rusiya prezidenti Putin baş nazir Şafkat Mirzayevlə görüşüb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin baş nazirlə görüşündə bildirib ki, özbək xalqı Rusiyaya ən etibarlı dost kimi arxalana bilər: “Rusiya çox ümid edir ki, prezident İslam Kərimov tərəfindən təməli qoyulan hər şey davam etdiriləcək”.

Putin Səmərqənd səfərinə ilk olaraq mərhum prezidentin məzarına gül dəstəsi qoymaqla başlayıb.

Qeyd edək ki, Putinin Səmərqənd səfərinin məqsədi sadəcə mərhum prezidentin xatirəsini yad etmək kimi dəyərləndirilmir. Belə ki, dünya mediasında Kərimovun ölüm şayiələrinin yayıldığı ilk vaxtlarda da “varis” olaraq adı hallanan əsas şəxslərdən biri məhz baş nazir Mirzəyev olub. Ölkədə kifayət qədər nüfuzu olan Mirzəyevin Putinin dəstəyi ilə prezident postuna keçə biləcəyi də istisna edilmir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın