Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Putin Qərbin qarşısında əyilmir” – Çavuşoğlu

“Putin Qərbin qarşısında əyilmir” – Çavuşoğlu

“NATO daxilində Rusiyaya qarşı sanksiyalara qoşulmayan tək ölkə bizik”.

Bunu “Sputnik” agentliyinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Rusiya Türkiyənin bölgədəki dostudur.

“Rusiya Türkiyədən daha etibarlı dost tapa bilməz. Bir zamanlar Rusiya ilə münasibətlərimizin yaxınlaşmağını bizə tövsiyyə edən ölkələr indi bundan narahat olmağa başlayıblar”.

Çavuşoğlu müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Qərb qarşısında əyilmədiyini bildirib: “Türk millətinin gözü açılıb və həqiqətləri görür. Biz doğruları bundan sonrakı dönəmdə də söyləməyə davam edəcəyik. Putin açıq sözlüdür. O, doğruları da, yanlışları da Qərb ölkələrinin üzünə söyləyir. Onlar da məhz belə şeylərə görə Türkiyə və Rusiyanı 2-ci sinif ölkələr olaraq görürlər. Qərb Ərdoğan və Putinin əyilməzliyini görüb narahat olur”.

 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın