Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Putin PA rəhbərini işdən azad edib

Putin PA rəhbərini işdən azad edib

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov tutduğu vəzifədən azad edilib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Dövlət başçısı digər sərəncamla bu posta Anton Vaynonu təyin edib. O, daha əvvəl Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.

Bundan sonra o, Putinin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Sergey İvanov bu vəzifəyə 2011-ci ildə təyin edilib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın