Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Putin neft bosslarını Kremlə yığır, Vahid Ələkbərov…

Putin neft bosslarını Kremlə yığır, Vahid Ələkbərov…

Bu gün Rusiya prezidenti Vladimir Putin ölkənin iri neft şirkətlərinin rəhbərləri ilə Kremldə görüşəcək.

Virtualaz.org xəbər verir ki, görüşün məqsədi açıqlanmır. Ancaq neft sektorundakı mənbələr bildiriblər ki, görüşün əsas mövzusu dünya bazarında qiymətlərin qalxmasına təkan vermək üçün Rusiyada neft hasilatını ixtisar etmək, yaxud indiki səviyyədə dondurmaqdır.

Bu məlumatı “Lukoil”, “Başneft” və “Qazprom neft” şirkətlərində təsdiq ediblər. Həmin şirkətlərin menecmentində yer alan mənbələr deyiblər ki, onlar neft hasilatını azaltmaq təklifindən narazıdır.

“Biz özəl şirkətik, satış bazarını itirmək istəmirik. Hasilatı aşağı salmaq nəyə lazımdır axı? Üstəlik bunu etmək texniki baxımdan asan deyil, həm də biz başqa oyunçuların hasilatı azaltmaq öhdəliyinə əməl etdiyini necə yoxlayacağıq?  İxracın azaldılması əvvəlcədən bizimlə müqavilə bağlamış alıcılara iri cərimələrin ödənilməsinə səbəb olacaq, üstəlik bazarda boşalan yer dərhal rəqiblərimiz tutacaq”-“Lukoil” şirkətinin rəhbərliyindəki mənbə RBC-ya bildirib.

“Qazprom neft” də hasilatı azaltmağa hazır olmadığını bildirib. “Ən mühüm olanı budur ki, qoy bizim sahəni rahat buraxsınlar. Xahiş edirik ki, bizə işləməyə mane olmasınlar”-şirkətdəki mənbə deyib. “Başneft” şirkətindəki mənbə də 2016-cı il üçün biznes-planda hasilatın artırılmasının nəzərdə tutulduğunu deyib. “Biz yeni yataqların işə salınması hesabına hasilatı artırmağı nəzərdə tuturuq. İndi belə çıxır ki, biznes-plana dəyişiklik etməliyik. Hələ ixracdan daxil olacaq vəsaitin azalmasını demirik”-şirkətin rəsmisi bildirib.

Xatırladaq ki, fevralın ortalarında Rusiya, Venesuela, Qətər və Səudiyyə Ərəbistanı neft hasilatını artırmamaq barədə razılığa gəliblər. Azərbaycana da belə təklif edilib, ancaq Azərbaycan hasilatı məhdudlaşdırmaq ideyasına əvvəldən dəstək vermir. Lakin hasilatın dondurulması barədə razılaşmanın yerinə yetirilməsinə şübhələr var. Xüsusən də Səudiyyə Ərəbistanı heç bir halda hasilatı azaltmayacağını bildirib. “Reuters” agentliyinin bir gün əvvəl yaydığı məlumata görə OPEC üzvü olan ölkələrdə hasilat gündə 280 min barel azalıb. Ancaq Səudiyyədə hasilat əvvəlki səviyyədə qalıb. Bununla belə OPEC ölkələrində hasilatın azalması və ABŞ-da neftə tələbatın artacağını göstərən statistik məlumatların açıqlanması birjalarda neftin qiymətində artıma səbəb olub. Hazırda Brent markalı neftin bareli 37 dollaradır.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın