Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / Putin Kremldə ABŞ dövlət katibinə dedi: “Get yat…”

Putin Kremldə ABŞ dövlət katibinə dedi: “Get yat…”

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ dövlət katibi Con Kerrini qəbul edərkən ona “yatmağı” məsləhət görüb.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyada səfərdə olan Con Kerri həmkarı Sergey Lavrovla saatlarla davam edən gərgin danışıqlardan sonra Qırmızı meydanı, Arbatı gəzib. Özünə bir neçə suvenir alıb. Axşam saatlarında isə onun Vladimir Putinlə görüşü başlayıb.

Putin görüşdə Kerrinin mürəkkəb problemlərin həlli üçün göstərdiyi səyləri qeyd edərək ABŞ dövlət katibinə yatıb dincini almağı tövsiyə edib. “Hörmətli cənab dövlət katibi, biz görürük ki, bir sıra kəskin problemlərin həlli üçün siz nə qədər səylər göstərirsiniz, sizi, yerdəyişmələrinizi izləməyi çatdırmırıq. Mən görürəm, Sizə yatmaq lazımdır”-Putin bildirib.

Rusiya prezidenti daha sonra əlavə edib ki, onun ölkəsi ABŞ-la ən kəskin böhranlardan birgə çıxış yolu tapmağa çalışır.

Kerri isə qeyd edib ki, Rusiya və ABŞ birlikdə işləyib çox şeyə nail ola bilər. Çünki Suriya böhranına dair Vyana danışıqları bir sıra yeni imkanlar açır. “Mən də, cənab Lavrov da belə hesab edirik ki, Rusiya ilə Birləşmiş Ştatlar birlikdə bir çox məsələləri həll edə bilər”-ABŞ dövlət katibi Putinin yatmaq barədə tövsiyəsinin üstündən keçərək bildirib.

Kerrinin Rusiyaya səfəri Suriya böhranına həsr edilib. ABŞ-la Rusiya arasında Bəşər Əsədin hakimiyyətdə qalması məsələsində fikir ayrılığı qalmaqdadır, ancaq hər iki tərəf İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı vacib hesab edir.

Həmçinin oxuyun

Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır (ŞƏRH)

Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan …

Bir cavab yazın