Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Putin “İlin siyasətçisi” sorğusunun qalibi oldu – Siyahı
This picture made available on July 26, 2013 shows Russian President Vladimir Putin fishing in the Tyva region on July 20, 2013 during his vacation. AFP PHOTO/ RIA-NOVOSTI/ ALEXEY DRUZHININ (Photo credit should read ALEXEY DRUZHININ/AFP/Getty Images)

Putin “İlin siyasətçisi” sorğusunun qalibi oldu – Siyahı

Rusiya vətəndaşları prezident Vladimir Putini “İlin siyasətçisi” hesab edirlər.

“ Azinforum.az ” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu nəticə “İctimai rəy” (FOM) fondunun keçirdiyi sosial sorğuda öz əksini tapıb.

Belə ki, sorğuda “Rusiyalı siyasətçi və ictimai xadimlərdən kimi “İlin siyasətçisi” adlandırmaq olar?” sualı qoyulub.

Respondentlərin 43%-i V. Putini, 9%-i XİN rəhbəri Sergey Lavrovu, 7%-i Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovskini, 5%-i isə müdafiə naziri Sergey Şoyqunu dəstəkləyib.

Vətəndaşların 36%-i isə cavab verməkdə çətinlik çəkib.

“İlin ən önəmli hadisəsi” sorğusunda isə vətəndaşların 29%-i ABŞ-da keçirilən seçkilər və Donald Trampın qələbəsini, 18%-i Suriyadakı hadisələri qeyd edib. 42% iştirakçılar isə suala cavab verə bilməyiblər.

Qeyd edək ki, FOM sorğunu 3-4 dekabr tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 1500 insan arasında aparıb.

 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın