Ana səhifə / İqtisadiyyat / Putin elmlə məşğul olan yüksək vəzifəli məmurları – İşdən qovdu

Putin elmlə məşğul olan yüksək vəzifəli məmurları – İşdən qovdu

Rusiya prezidenti Vladimir Putin bir neçə yüksək vəzifəli məmurun işdən çıxarılması ilə bağlı sərəncam verib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitriy Peskov məlumat verib.

İşdən çıxarılan məmurların hamısı Elmlər Akademiyasının akademik və müxbir üzvləridir. Onların arasında Rusiya Daxili İşlər nazirinin müavini Aleksandr Savenkov, Təhlükəsizlik Xidmətinin Arxiv Fondunun rəhbəri, general-leytenant Vasili Xristoforov, Müdafiə Nazirliyinin Hərbi Tibbi İdarəsinin rəisi Aleksandr Fisun və digərləri olub.

Xatırladaq ki, noyabrın 23-də dövlət başçısı Putin çıxışı zamanı dövlət işçiləri və məmurları elmlə məşğul olmamağa çağırmışdı. Prezident bunu onunla əsaslandırmışdı ki, dövlət işlərindən elmi araşdırma ilə məşğul olmağa vaxt qalmır. Lakin bir çox məmurlar onun xəbərdarlığına məhəl qoymaraq Elmlər Akademisyasında üzvlüklərini davam etdiriblər.

Putin isə “Mən onlara elmlə məşğul olmaq üçün şərait yaradacam. Görünür, onlar üçün elmi fəaliyyət hakimiyyət orqanlarında hansısa gündəlik inzibati işləri görməkdən daha vacibdir” deyərək həmin məmurları postlarından azad edib.

Qeyd edək ki, Putin artıq bu il ərzində güc strukturları da daxil olmaqla bir sıra yüksək vəzifəli məmurları işlərindən azad edib. Son istefaların da həmin islahatların bir hissəsi olduğu istisna edilmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın