Ana səhifə / İqtisadiyyat / Putin canlı yayımda Qarabağdan danışdı – “Həllinə yaxın idilər…”

Putin canlı yayımda Qarabağdan danışdı – “Həllinə yaxın idilər…”

Rusiya prezidenti Vladimir Putin canlı yayımda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir, Putin Qarabağda böhranın həlli üçün Rusiyanın hər şeyi etdiyini vurğulayıb:

“Bu çox həssas mövzudur. Biz buna ehtiyatlı yanaşmalıyıq, zərər vermədən. Bu, köhnə, necə deyərlər dondurulmuş münaqişədir. Təəssüf ki, son günlər zorakılıq baş qaldırdı. Rusiya münaqişənin nizama salınması üçün hər şeyi edəcək. Əlbəttə uzunmüddətli həll yolu tapılmalıdır. İstisnasız olaraq, Qarabağın həlli siyasi yollarla, hər iki tərəfdən qarşılıqlı güzəştlərlə əldə edilməlidir. Tərəflər bir neçə il əvvəl münaqişənin həllinə yaxın idilər, lakin alınmadı”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın