Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Putin çalışır: 5 rayon azad edilərsə… – Ərdoğan

Putin çalışır: 5 rayon azad edilərsə… – Ərdoğan

Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş var.
Axar.az Habertürk-ə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcə Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalislərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı qurulacaq:
“Bu məsələyə Azərbaycan kimi, Rusiya da müsbət yanaşıb. Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı var. Türkiyə xarici işlər naziri Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya Prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerində, yaxından izləməkdir. Hazırda bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu daha fərqli nəticələr əldə edə bilərdi. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədridir. Lakin onlar 23-24 ildir bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Təbii ki, işğal var. Bu işğalı hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoymursunuz? Hazırda münaqişənin həlli prosesində bəzi irəliləyişlər var. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan Prezidenti İlham Əliyev də bunu mənə bildirdi. Əgər 5 rayon azad edilərsə, zənnimcə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın