Ana səhifə / İqtisadiyyat / Putin cəhənnəm silahını Suriyaya göndərdi: “Obama-ÇMO!”

Putin cəhənnəm silahını Suriyaya göndərdi: “Obama-ÇMO!”

Rusiyanın Suriyaya ekipajı ilə birlikdə TOS M-1 “Solntsepek” ağır odsaçan sistemlərini göndərdiyinə dair sübutlar yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Suriya ərazisində bu odsaçan sistemini daşıyan qoşqu maşının hərəkətini əks etdirən foto yayılıb.

Texnika Rusiya silahlı qüvvələrinin texnikasının rəngində olsa da onun bort nömrələri və digər tanınma nişanları olmayıb.

Daha sonra bu hərbi texnikanın Suriya ərazisində çəkilmiş yeni fotosu yayılıb və orada odsaçan sistemin rusiyalı ekipaj üzvlərindən birini də görmək olur.

Həmçinin odsaçan sistemin yanında qabağında rus dilində “Obama-ÇMO!” (ÇMO-“çelovek moralno opuşennıy”, yəni mənən alçalmış, sınmış adam) sözləri yazılmış “KamAZ” yük avtomobili görünür.

Bu, ABŞ prezidentinin Suriya məsələsində qətiyyətsizliyinin Rusiyada necə istehza obyektinə çevrildiyini bir daha göstərir.

Sosial şəbəkələrdə təşkilatlamış “İnformNapalm” könüllü qrupunun əldə etdiyi insayder məlumatlarına əsasən Suriyaya göndərilən “Solntsepek” odsaçan sistemləri Rusiya ordusunun 20-ci əlahiddə radiasiya, kimyəvi və bioloji müdafiə polkuna aiddir.

Sentyabrın ikinci yarısından etibarən bu polkda fəallıq qeydə alınıb. Suriyaya göndərilmək üçün hərbi texnikanın, zabitlərin və müqavilə əsasında xidmət keçən hərbçilərin hazırlıqları başlayıb.

T-90 tanklarının şassisi üzərində yerləşən odsaçan sistemlərin Suriyaya hərbi gəmilərlə daşındığı bildirilir. Ehtimal edilir ki, bu, Rusiyanın Suriyada quru əməliyyatlarına başlamaq planları ilə bağlıdır.

“Solntsepek” odsaçan sistemləri dəhşətli dağıdıcı gücə malikdir və “cəhənnəm silahı” kimi tanınır. Bu silahlardan Rusiyadan başqa təkcə Azərbaycan və Qazaxıstan ordularında var. Həmçinin ötən il Rusiya İraqa bu silahları verməyə başlayıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın