Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Putin baş nazirə İmam Əli nəslinin qılıncını bağışladı

Putin baş nazirə İmam Əli nəslinin qılıncını bağışladı

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modiyə XVIII əsrə aid olan qılınc və Mahatma Qandinin gündəliyindən səhifə bağışlayıb.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Modi öz Tvitter səhifəsində paylaşıb. Modiyə verilən qılınc Nəcəfilər nəslinə aid olub.

 

Qeyd edək ki, Nəcəfilər nəsli Moğol İmperiyasının ən zəngin bölgəsi hesab olunan Benqal əyalətini idarə ediblər. İmperiyanın süqutundan sonra buranın faktiki hökmdarı olan nəslin hakimiyyəti 1757-1780-ci illəri əhatə edib. Nəcəfilər Əfşarları devirərək, hakimiyyətə keçiblər. Bəzi mənbələr Nəcəfilərin İmam Əli nəslinin davamçısı olduğunu bildirirlər.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın