Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Putin Ərdoganın görüş təklifini rədd etdi

Putin Ərdoganın görüş təklifini rədd etdi

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Recep Tayyip Erdoganın görüşmək təklifini rədd etdiyi bildirilir.
Reuters və Qərb mətbuatının məlumatına görə, bunu prezidentinin köməkçisi Yuri Ushakov deyib.
O bunun Ankaranın Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə bağlı olduğunu deyib.
Bundan əvvəl Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində görüşə bilməsi barədə məlumatlar yayılmışdı.
Bu konfrans noyabrın 30-da keçiriləcək.
Amma Ushakov deyib ki, Putin bu konfrans çərçivəsində İsrail baş naziri Benjamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcək.
Ushakov bildirib ki, bu görüşlərdə əsasən Suriya və Ukrayna münaqişələri müzakirə olunacaq (“Azadlıq” radiosu).

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın