Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Putin Ərdoğanın futbol təklifini qəbul etmədi

Putin Ərdoğanın futbol təklifini qəbul etmədi

Rusiya prezidenti Vladimir Putin gələn ay Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləməyə getməyəcək.

RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya prezidenti Vladimir Putinin avqust ayı üçün nəzərədə tutulan qrafikində Türkiyəyə səfər yer almayıb. Çünki növbəti ay üçün qrafik demək olar, hazırıdır. Ona görə də bunun baş verəcəyini düşünmürəm. Amma digər tərəfdən, heç nəyi istisna etmək olmaz”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır.

Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matçı izləməyə dəvət edib.(azvision.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın