Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Putinə korrupsiya ilə bağlı sual verən məktəbliyə telefon hədiyyə olundu

Putinə korrupsiya ilə bağlı sual verən məktəbliyə telefon hədiyyə olundu

“Caviar” şirkəti Rusiya prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi mətbuat konfransında prezidentə ünvanlanan ən yaxşı sualın müəllifini müəyyən edib. Bu prezidentə korrupsiya ilə bağlı sual verən Nefteyuqansk şəhərindən olan məktəbli Danila Prilepadır.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin rəsmi saytında məktəbliyə buna görə hədiyyə olaraq qızıl telefon mükafatı verildiyi bildirilir.

“Danila dəqiq və konkret cavab tələb edən ciddi və cəsarətli sual vermişdi. Bundan başqa, biz onun hazırcavablığını yüksək qiymətləndirdik. O, prezidentə “bu sualı verməyə məni həyat hazırlayıb” cavabını vermişdi”, – deyə şirkət nümayəndəsi qeyd edib.

O, həmçinin əlavə edib ki, Danila cəmiyyətin həyatına laqeyd olmamaması, cəsarəti, təhsili ilə gənc nəslə ən yaxşı nümunədir.

Xatırladaq ki, Danila iyunun 15-də Vladimir Putinin keçirdiyi mətbuat konfransında iştirak edərək “ölkədə niyə korrupsiya ilə effektiv mübarizə aparılmır?”sualını vermişdi. Məktəbli həmçinin ev dustaqlığının yaxşı nəticə vermədiyini qeyd edib. O, həmçinin səhlənkar münasibətlərin nəticəsi olaraq ailəsi Daxili İşlər Nazirliyinin əməkdaşlarına verilən mənzil növbəsinin çox ləng irəlilədiyindən narazılıq edib.

Putin söz verib ki, DİN əməkdaşlarına mənzil məsələnin həllinə kömək edəcək. Korrupsiyaya gəlincə isə, dövlət başçısı bu problemin olduğunu etiraf edib və bildirib ki, heç bir qanun pozuntusu dövlətin diqqətindən kənarda və cəzasız qalmamalıdır.

“Caviar” şirkəti ən maraqlı suala görə məktəbliyə üzərində Putinin şəkli olan telefon hədiyyə edib.

Xatırladaq ki, bu Rusiya prezidentinin indiyə qədər keçirdiyi 15-ci belə görüşdür. Ötən il keçirilən sual-cavab 3 saat 40 dəqiqə davam etmişdi. Putin müxtəlif mövzulara həsr olunmuş 80 sual cavablandırmışdı.

Ötən gün keçirilən sual-cavabla əlaqədar 2 milyon zəng qəbul edilib. Sualların əksəriyyəti Rusiyanın gələcəyi ilə bağlıdır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın