Ana səhifə / İqtisadiyyat / Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd edildi

Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd edildi

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin abidəsi önündə tədbir keçirilib.

Səbail İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova çıxış edərək bildirib ki, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçisinin birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən  sevilir.

Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə  Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şerləri Azərbaycan, rus, alman, fransız və ingilis dillərində səslənib, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın