Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Professorun açıqlaması qalmaqal yaratdı

Professorun açıqlaması qalmaqal yaratdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanovun mətbuata verdiyi açıqlama etiraza səbəb olub. N. İmanov bildirib ki, Azərbaycan əhalisinin rifahı statistik göstəricidən bir neçə dəfə yüksəkdir: 

“Bunun müsbət tərəfi əhalinin yaşayış səviyyəsinin yüksək olmasıdır. Mənfi tərəfi odur ki, bu niyə fərqli olmalıdır ki?”

İqtisadçı-ekspert Rövşən Ağayev Nazim İmanovla bir məsələdə tamamilə razı olduğunu bildirib:

 

“Bizim statistika milli zənginlərimizə qarşı həddən artıq sayğısızlıq və etibarsızlıq nümayiş etdirir. Statistikanın rəqəmlərinə baxsaq, ölkənin ən zəngin və ən yoxsul qruplarının yaşayış göstəriciləri arasında ciddi bir fərq yoxdur. Məsələn, qida istehlakı ilə bağlı rəsmi məlumatlara görə, ən zəngin 10 faizi təmsil edən ailə ən yoxsul 10 faizi təmsil edən ailədən cəmi 5 faiz çox ət istehlak edir. Yaxud, onların gəlirləri arasında fərq cəmi 2-3 dəfədir. Aylıq qazancı geyim nədir, hətta normal qidalanmaya belə yetməyən ailələrlə on milyonlarla manat gəlir və əmlaka sahib ailələri bir tərəzinin gözünə qoyan statistikaya nə deyəsən? Milli statistikamızın milli zənginlərimizə qarşı tarixi haqsızlığı”. (Cebhe.info)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …