Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”

Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”

“Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, biz kölgə iqtisadiyyatı ilə mübarizədə son aylar ciddi adımlar atılıb.

 “Gömrük sistemində görülən işlər kölgə iqtisadiyyatının çəkisinin azalmasına səbəb olub. Biz rəqəmlərdən görürük ki, müsbət dinamika müşahidə edilir. Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər nazirliyi siteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyə resurslarının mərkəzləşməsi baxımından daha optimanl bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir. Ölkə iqtisadiyyatında inhisarçılıq edən iri şirkətlərin  fəaliyyətində kölgə iqtisadiyyatına xas olan məqamlar aradan qaldırılmalıdır. Kölgə iqtisadiyyatı ilə mübarizə ölkə iqtisadiyyatına milyardlarla ölçülən əlavə daxilolmalarla nəticələnə bilər”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …