Ana səhifə / İqtisadiyyat / Professor: “Kənd təsərrüfatının inkişafı üçün aqroparkların yaradılması zəruridir”

Professor: “Kənd təsərrüfatının inkişafı üçün aqroparkların yaradılması zəruridir”

“Aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, kənd təsərrüfatının inkişafı üçün aqroparkların yaradılması və ümumiyyətlə, bu seqmentə yatırılan investisiyaların artırılması son dərəcə zəruridir:

“Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında iqtisadi artım elmi-texniki tərəqqiyə söykənən investisiya və innovasiyalardan asılıdır. Ötən il  kənd təsərrüfatında müşahidə olunan 4 faizlik artım yönəldilən investisiyalar və pul-kredit siyasətinin yumşalması ilə bilavasitə bağlıdır. Biz hazırda bu seqmentə ayrılan vəsaitlərin iqtisadi səmərəsini görürük. Sözsüz ki, vəsaitlərin xərclənməsinin effektivliyi bundan sonra da təmin edilsə, daha böyük artımların şahidi olarıq”.

Read more: https://sputnik.az/radio/20181028/417591926/kend-teserrufati-aqroparklar.html

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …