Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Professor: “Bəzi dövlət qurumlarının fəaliyyəti effektsizdir”

Professor: “Bəzi dövlət qurumlarının fəaliyyəti effektsizdir”

“Ölkədə həyata keçrilən struktur islahatları xarici iqtisadi şoklarla bağlıdır”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib.

“Dünya bazarında neftin qiymətinin enməsindən sonra iqtisadiyyatda şaxələndirmə prosesinin zəifləməsinin şahidi olduq. Bundan sonra ciddi institusional və struktur islahatlarına başlandı. 2016-2017-ci illərdə neft qiymətlərində müşahidə olunan müsbət templər bəzi dövlət qurumlarında sakitlik yaratdı. Həmin vaxt bəzi dövlət qurumlarının fəaliyyətinin effektsizliyinin şahidi olduq. Hökumət iqtisadi islahatların keçirilməsinin zəruri olduğunu qəbul edir və bu islahatlar yaxın perspektivdə həllini tapmalıdır. Düşünürəm ki, struktur islahatları daha ardıcıl formatda və intensiv şəkildə davam etdirilməlidir”, – deyə professor bildirib.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …