Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Problemli kreditlərin məbləği 1,7 mlrd. manatı keçib

Problemli kreditlərin məbləği 1,7 mlrd. manatı keçib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 700,9 mln. manat təşkil edib.

Azinforum.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 4,6%, ötən il martın 1-nə nisbətən isə 9,3% artıb.

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,7% təşkil edib. Bu nisbət yanvarın sonuna 14,55%, ötən ilin sonuna 13,8%, ötən il fevralın sonuna isə 9,8% təşkil edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …