Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İqtisadiyyat / Problemli kreditlər məsələsi nə vaxt həll ediləcək? – VİDEO

Problemli kreditlər məsələsi nə vaxt həll ediləcək? – VİDEO

Problemli kreditlər məsələsi hələ də Azərbaycanın maliyyə gündəliyində problem olmaqdan çıxmayıb.

Millət vəkili Vüqar Bayramov deyib ki, bu kateqoriyadan olan kreditlərin həcmi 1 milyard manata yaxındır.

Onun sözlərinə görə, problemli kreditlərin hazırkı həcmi böyükdür.

Vüqar Bayramov qeyd edib ki, buna səbəb kreditlərin verilməsi zamanı vətəndaşların ödəmə qabiliyyətlərinin dərindən araşdırılmaması olub. Bu isə ödəmə qabiliyyəti zəif, ancaq yüksək məbləğdə kredit alanların bir neçə ay sonra ödəmələrində ciddi problemlər yaradıb. Millət vəkili əlavə edib ki, problemli kreditlərin həlli üçün gələn ilin dövlət büdcəsində müəyyən məbləğ nəzərdə tutulub.

Vüqar Bayramov bildirib ki, ayrılması nəzərdə tutulan vəsait problemli kreditlərin həcmi ilə müqayisədə çox az olduğundan bu məsələnin həlli üçün yeni mexanimzlərə ehtiyac var. Bu məsələ həll edilməyənədək isə bank sektorunun inkişafında çatışmazlıqlar davam edəcək.

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …