Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / “Problemli dollar kreditləri bankların inkişafına mane olur” – EKSPERT

“Problemli dollar kreditləri bankların inkişafına mane olur” – EKSPERT

2015-2016-cı illərdə baş verən devalvasiyalardan sonra Azərbaycanda fəaliyyət göstərən banklarda vəziyyət olduqca pisləşdi. Hətta bankların bir neçəsi bağlandı, bir neçəsi də bu təhlükə ilə üz-üzə qaldı. Fikirlərimizin təsdiqi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Azərbaycanda bank sektorunun zərəri ilə bağlı açıqlamasını göstərə bilərik. Belə ki, qurumdan verilən məlumata görə, ölkəmizin bank sektorunda 4 ayda 57 milyon manat zərər olub.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da “Sherg.az”a açıqlamasında bildirib ki, MBNP-nin ) mövcud vəziyyəti etiraf etməsi yaxşı haldır. Onun sözlərinə görə, palata ötən ilin əvvəlində xeyirli mənfəətlə çıxdığını bəyan edib: “Azərbaycan Beynəlxalq Bankı (ABB) 3 milyard dollardan çox borcu vardı. Məhz buna görə də belə bir vəziyyət yaşanmışdı. Bu il dövlət banklara dəstək göstərmir. Buna görə də, bank sistemi uzun müddətdir zərərlə işləyir. Bankların belə işləməsinin digər səbəbi də problemli kreditlərdir.

Yəni banklar xeyli kredit verib və onu geri ala bilmir. Bankların qaytarılmayan kreditlərinin əksəriyyəti süni olan problemli kreditlərdir. Süni keditlər bank sahibləri, bank inzibatçıları öz yaxın şirkətlərinə, qohumlarına, dostlarına ucuz şərtlərlə və zaminsiz kredit vermıəsi ilə yaranır. Faktiki olaraq o pulları qanunsuz yollarla banklardan çıxarırlar. İndi də adını problemli kredit qoyublar. Həmin problemli kreditləri yalnız Hüquq Mühafizə Orqanları ilə MBNP-nın birgə addımları nəticəsində geri qaytarmaq olar.

Yəni onlar bunu araşdırmalıdırlar ki, həmin kreditləri vətəndaşlara kim və necə verib. Bunu ortaya çıxarmaq elə də çətin deyil. Sadəcə həmin banka daxil olub, baxırlar ki, kimə necə kreditlər verilib. Bu əməliyyatın sonunda məlum olacaq ki, bank rəhbərliyi bilə-bilə ucuz şərtlərlə və zaminsiz bəzi insanlara kredit veribTəqsirkarlar məsuliyyətə cəlb edilməlidirlər. Bu halda həmin kreditlərin ən azı xeyli hissəsi geri qayıdacaq. Beləliklə də bankların zərər çəkməsinin qarşısı alınacaq. Digər tərəfdən də, dollarla verilmiş problemli kreditlər bank sektorunun inkişafına mane olur”.

Ekspertin sözlərinə görə, bəzi sahibkarlar var ki, vaxtilə banklar onlara da çox ağır şərtlərlə kredit veriblər: “Həmin sahibkarlara və bu cür səbəbdən əziyyət çəkən insanlara güzəşlər olunmalıdır. Beləliklə də onlar kreditlərini qaytara biləcək. Bu gün bir çox banklar ağır vəziyətdədir. Amma onlar problemli kreditlərini qaytarmaq iqtidarındadır. Banklara dövlət dəstəyi lazımdır. İlk növbədə Azərbaycan Mərkəzi Bankı (AMB) onlara kredit verməlidir. Amma buna ilk növbədə MBNP mane olur.

Çünki o AMB-nn qarşısında bu tərəfdən çıxış etmir. Digər tərəfdəndə MBNP-sı ağır vəziyyətdə olan bankların vəziyyətini daha da ağırlaşdırır. Onlara əhalidən əmanət qəbul etməyə imkan vermir. Bu gün problemin kökündə MBNP-nın yanlış qərarları durur. Bu problemlər həll edilməlidir. Amma onlar buna ciddi yanaşmırlar. Sadəcə “gözdən pərdə asmaq”la məşğul olurlar. Beləliklə də bank sisteminin vəziyyəti gündən-günə pisləşir”.

Qeyd edək ki, 2018-ci il mayın 1-nə bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub. Banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 mln. manat əldə edib. Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 mln. manat vəsait xərclənib.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …