Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentlərin həm məşhur, həm də ərköyün övladları… – VİDEOLAR, FOTOLAR

Prezidentlərin həm məşhur, həm də ərköyün övladları… – VİDEOLAR, FOTOLAR

Prezident övladları həmişə maraq mərkəzində olublar. 

Bəzən hansısa dövlət başçısının övladı haqqında olan xəbərlər həmin prezidentin özü barədə xəbərlərdən daha çox maraq doğurur. 

Prezident övladları da elə dövlətlər qədər fərqlidir. Kimisi harınlığı ilə gündəmə gəlir, kimisi də yardımsevərliyi ilə… 

Musavat.com müxtəlif ölkə prezidentlərinin övladları barədə məlumatları diqqətinizə təqdinm edir.

1992-ci ildə ailə həyatı quran ABŞ prezidenti Barak Obamanın iki qız var

Obama ailəsinin böyük qızı Malia Enn 1998-ci il iyulun 4-də, kiçik qızı Nataşa (ailədə Saşa çağırırlar) isə 2001-ci ilin iyunun 10-da anadan olub.

Qeyd edək ki, Saşa kiçik Con Kennedidən bəri (1961-ci ildə atası prezident seçkilərində qalib gələndə o körpə uşaq idi) Ağ Evdə yaşayan ən balaca uşaqdır. Bununla yanaşı, Saşa Ağ Evin 21-ci əsrdə doğulmuş ilk sakinidir.

Hər iki prezident qızı Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar. Asudə vaxtlarında isə gimnastika, piano və tennis dərsləri alırlar.

Dövlət başçısı seçilməzdən öncə senator Barak Obama ailəsi ilə Çikaqo şəhərində yaşayırdı. Burada onun qızları Çikaqo Universiteti yanında yaradılan elit orta məktəbdə təhsil alırdılar.

Obamanın 16 yaşlı böyük qızının bu ilin yanvar ayında Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqala səbəb olmuşdu.

Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi.

Xatırladaq ki, əvvəl də dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Elizabet Lauten prezident B.Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi.

O, hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər.

Məhz bu çıxışına görə Elizabet Lauten işindən qovulmuşdu.

Rusiya prezidenti Vladimir Putinin qızları

Rusiya prezidenti Putinin böyük qızı Mariya 28 aprel 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Mariya Putina Sankt-Peterburq Dövlət Universitetində təhsil alaraq, bioloq ixtisasına yiyələnib.

Vladimir Putinin qızlarının şəxsi həyatı dövlət sirlərinin qorunması səviyyəsində məxfi saxlanılır. Onlar hətta media nümayəndələrinin hədəfinə də çox nadir hallarda düşürlər.

Xarici mətbuatın yazdığına görə, Mariya Rusiya oliqarxlarından biri ilə ailə həyatı qurub və onların toy mərasimi 2005-ci ilin iyun ayında Yunanıstanın Santorin adasında qapalı şəkildə baş tutub.

2010-cu ildə yayılan qeyri-rəsmi məlumatlara görə, Katerina Putina Koreyanın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşının oğlu ilə ailə qurmağa qərar verib. V.Putin əvvəlcə buna razılıq verməsə də, sonradan həmin ailənin üzvləri ilə görüşərək, nikaha razı olduğunu bildirib.

2010-cu ildə V.Putinə qızlarının həyatının belə, gizli saxlanılması ilə bağlı sual verəndə o, terror hədələrinə görə övladlarının həyatından narahat olduğunu söyləyib.

2014-cü ilin iyul ayında Rusiya dövlət başçısı Vladimir Pütinin Amsterdamda yaşayan qızı Mariya Putinanın Şərqi Ukraynada Malayziya hava yollarına məxsus təyyarənin Putinin dəstəklədiyi Rusiya meylli terrorçular tərəfindən raketlə vurulması ilə bağlı söz-söhbətlərdən sonra şəhəri tərk etdiyi ortaya çıxmışdı.

29 yaşındakı Putinanın şəhərin turistlər üçün nəzərdə tutulan ərazisində olan 3,3 milyon dollar dəyərindəki lüks villasından təyyarənin vurulmasından sonra Hollandiyada Rusiyaya qarşı bir nifrət havasının meydana gəlməsinin ardından ayrıldığı iddia edilirdi.

Mariya və birlikdə yaşadığı hollandiyalı sevgilisi Jorrit Faasenin qonşularından biri “Təyyarə düşəndən bəri onları görmədik”, – demişdi. Putinanın yaşadığı ev vurulan təyyarənin qalxdığı Amsterdam hava limanından yalnız 30 kilometrlik məsafədə yerləşir.

Putinin kiçik qızı Yekaterina isə 31 avqust 1986-cı ildə Drezdendə anadan olub. Həmin dövrdə Putin DTK xətti ilə Almaniyada xidmətdə olub. Yekaterina da bacısının təhsil aldığı universitetdə şərq fakültəsində oxuyub.

Türkiyə prezidenti Ərdoğanın 4 övladı – iki oğlu, iki qız var

Türkiyə prezidenti Ərdoğanın böyük oğlu Əhməd Burak Ərdoğan, 4 iyul 1979-cu ildə İstanbulda anadan olub. Anası Əminə Ərdoğan, atası Rəcəb Tayyib Ərdoğandır.

Kaptanpaşa ibtidai məktəbində oxuyub. Qartal Anadolu İmam Xətib məktəbindən məzun olub. Bilgi Universitetində oxuyub. Londonda iqtisadiyyat təhsili alıb. İstanbulun Kasımpaşa hərbi xəstəxanasının verdiyi hesabata əsasən əsgərlikdən azad olunub.

“Ülkər Qrupu” məhsullarının satışını aparan “Yenidoğan” ərzaq marketinq və “AŞ ticarət” adlı şirkətdə atasının səhmləri olduğu üçün 2005-ci ildə idarə heyətində vəzifəyə keçirilib. 2006-cı ildə atası R.T Ərdoğanın ölkədəki hissə payını satmasının ardından, əmisi Mustafa Ərdoğan və bibisinin həyat yoldaşı Ziya İlgenlə birlikdə “Turkuaz Dənizçilik” adlı şirkəti alıb, şirkətin adını da dəyişərək, “Bumerz Dənizçilik” qoyub.

Burak Ərdoğan, daha sonra əmisi və bibisinin həyat yoldaşından ayrı olaraq, 19 yanvar 2007-ci il tarixində Məcid Mərd Çətinkaya ilə 50 faiz səhmlə ortaq olaraq, “Elmlər Akademiyasi Dənizçi Nəqliyyat Limited” şirkətini qurub. 18 gün sonra, 6 fevral 2007-ci ildə Həsən Təbiətin sahibi olduğu “Gürgem Dənizçilik”dən 95 metr uzunluğunda olan “Zəfəran 1”  adlı yük gəmisini alıb. Gəmini alarkən 500 min dolları nağd verən Əhməd Burak Ərdoğan, qalan 1 milyon 850 min dolları isə 36 aylıq kreditlə ödəyib.

Burak Ərdoğan 2012-ci ilin əvvəlində 170 metr uzunluğunda, 23 metr enində “Eternal Confidence” adlı yük gəmisini 10 milyon 500 min dollara alaraq, adını “Sakarya” olaraq dəyişdirib.

Burak Ərdoğanın sahib olduğu 5 gəminin ümumi yük tutumu 92 min tondur. Bundan əlavə onun yeni sahib olduğu “Pretty” (Cici) adlı gəmi təkbaşına 91 min 971 ton yük daşıya bilir.

Burak Ərdoğanın sahib olduğu gəmilər:

  1. “Safran 1”
  2. “Sakarya”
  3. “G. İnebo-lu”
  4. “Cihan”
  5. “Bosna”
  6. “Pretty” (Cici)

Qeyd edək ki, Burak Ərdoğan, 23 fevral 2001-ci ildə Rizə Ketenci ailəsinin qızı və İmam Xətib Məktəbindən sinif yoldaşı olan Səma Ketenci ilə ailə qurub.

Nəcməddin Bilal Ərdoğan

Nəcməddin Bilal Ərdoğan 23 aprel 1980-ci ildə İstanbulda anadan olub.

Qartal Anadolu İmam Xətib Məktəbindən məzun olduqdan sonra ABŞ-a universitet oxumağa gedən Bilal Ərdoğan, Harvard Universitetində ictimai idarəçilik təhsili alıb.

2005-ci ildə Vaşinqtonda 261.5 min dollara mənzil alıb.

Bilal Ərdoğan ticarətə ilk addımını 2006-cı ildə atıb. “Atagold” şirkətinə qardaşı Burak Ərdoğanın xanımı Səma Ərdoğan ilə birlikdə 50 faiz səhmi alaraq ortaq olub.

Dənizçilik sektorunda işləməyə başlayan Bilal Ərdoğan aldığı gəmiyə görə tənqidlərə məruz qalmışdı. İşlədiyi müddət ərzində gəmilərin sayını çoxaldan Bilal daha sonra “BMZ Group Dənizcilik və İnşaat Sanay” qapalı şirkətinə də ortaq olub.

Bilal Ərdoğan, 28 sentyabr 2004-cü il tarixində Rəyyan Uzuner ilə evlənib. Ömər Tayyib adlı bir oğulları var. 14 Noyabr 2013-cü il tarixində Ali Tahir adını verdikləri bir oğulları daha doğulub.

Əsra Erdoğan

Əsra Ərdoğan, 1981-ci ildə İstanbulda anadan olub. İstanbulda Kadıköy İmam Xətib məktəbindən məzun olduqdan sonra ABŞ-da İndiana Universitetində oxuyub. 2003-cü ildə məzun olub. Sonra Kaliforniyada Berkli Universitetində magistr təhsili alıb.

2010-cu ildə Əsra Ərdoğan Albayrak Ümraniye Bələdiyyəsinin məktəbə və bilik kurslarına gedə bilməyən qüsurlu uşaqların evlərində təhsil alması üçün nəzərdə tutulan “Biz ürəkliyik, biz öyrədirik” kampaniyasına könüllü müəllimə olaraq qoşulub.

Əsra Ərdoğan, “Çelik Holdinq”in direktoru Berat Albayrak ilə 11 iyul 2004-cü ildə evlənib. Əhməd Akif  və Mahinur adında iki övladları var.

Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Berat Albayrak 2013-cü ilin sonunda vəzifəsindən ayrılıb.

Sümeyyə Ərdoğan

Sümeyyə Ərdoğan, 1985-ci ildə İstanbulda doğulub. 2002-ci  ildə universitetə qəbul imtahanlarında iştirak etsə də, heç bir nəticə əldə edə bilməyib.

Daha sonra Böyük Britaniyada yaşayan “Ramsey” və “Gürman Geyim” şirkətinin sahibi Rəmzi Gurun ödədiyi təhsil haqqı sayəsində təhsilini ABŞ-da İndiana Universitetində dövlət və ətraf mühit işləri, sosiologiya və siyasət fakültəsində oxuyub.

2005-ci ildə məzun olduqdan  sonra məktəbdəki yaxın İordaniyalı yoldaşları və İordaniya kralı Hüseynin həyat yoldaşı Rananın təklifi ilə İordaniyada 6 ay ərəb dili öyrənib.

Magistraturanı da Londonda “London School of Economics”in sosial siyasət bölümündə QHT-lər və İnkişaf üzrə bitirib.

Sümeyyə Ərdoğan 2010-cu ildə 90 min türk lirəsi sərmayə ilə “Doruk Izgara” ərzaq ticarət şirkətinə ortaq olub.

O, atasının prezident seçilməsinə qədər olan 4 illik prosesdə atasının xüsusi siyasi məsləhətçisi olub. Son bir ildir ki, rəsmi olaraq AKP-nin başqan müşaviri vəzifəsini icra edir.

Fransa prezidenti Fransua Olland

Fransa prezidenti Fransua Olland heç zaman rəsmi evli olmasa da, 3 qadınla vətəndaş nikahında yaşayıb. İlk sevgilisi siyasətçi Seqolen Roayalla 34 il, jurnalist Valeri Trierveylerlə isə 7 il yaşayan prezident, 2014-cü ilin yanvarından aktrisa Jüli Qaye ilə görüşür. Fransua Ollandın Seqolen Roayalla vətəndaş nikahından 4 övladı – Tomas (1984), Klemens (1986), Jülyen (1987) və Flora (1992) dünyaya gəlib.

Ailənin böyük oğlu olan 30 yaşlı Tomas vəkil kimi Paris kontorlarının birində çalışır. 28 yaşlı Klemens isə həkim ixtisasını seçib. Jülyen rejissorluğu, ailənin ən kiçik üzvü Flora isə böyük qardaşı Tomas kimi Sarbonna Universitetində hüquqşünas təhsili alır.

Ukrayna prezidenti Pyotr Poroşenko

Ukrayna prezidentinin böyük oğlu Aleksey 1985-ci ildə anadan olub. Vinnitsa vilayət sovetinin deputatı olan Aleksey Ukrayna kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, hazırda Donetsk vilayəti ətrafında seperatçılara qarşı aparılan mübarizəyə qatılıb.

 

Aleksey Poroşenko 2013-cü ildə ailə həyatı qurub. Atasının böyük maliyyə imkanlarına baxmayaraq, toy mərasimi çox da təmtəraqlı keçirilməyib. Geniş ictimaiyyət toy haqqında yalnız üç həftədən sonra  Facebook səhifələrindən məlumat əldə ediblər.

Prezidentin əkiz qızları Yevgeni və Aleksandra 2000-ci ildə anadan olublar. Onlar Kiyevdəki 77 saylı xarici dillər liseyində təhsil alırlar. İncəsənətə böyük maraq göstərən Yevgeni və Aleksandra fortepianoya, rəqsə, teatr sənətinə üstünlük verirlər və bu sahələrlə müntəzəm məşğul olurlar.

P.Poroşenko ailəsinin kiçik oğlu Mixail 2001-ci ildə anadan olub. Pyotr Poroşenko kiçik oğluna 1997-ci ildə avtoqəza nəticəsində həlak olmuş qardaşının adını qoyub. Mixail də əkiz bacılarının təhsil aldığı liseydə oxuyur.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ailəsi haqda hər şey gizli saxlanılır. Hətta Kərimqulu haqda da məlumat əldə etmək mümkün deyil. Onun valideynləri haqda da heç nə bəlli deyil.

ABŞ-ın Aşqabaddakı səfirliyindəki mənbənin 2009-cu ildəki məlumatına görə, Qurbanqulu Berdımuhəmmədov və onun həyat yoldaşının iki qızı və Sərdar adında bir oğlu var. Sərdarın Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu olduğu və bir zaman Türkmənistanın Xarici İşlər Nazirliyində işlədiyi bildirilir. Deyilənə görə, prezidentin böyük qızı Gülcahan İxlasgəldi Amanovla evlidir, mənzil-qərargahı Londonda yerləşən təbii ehtiyatların idarə edilməsi və istifadəsi üzrə Türkmənistan dövlət agentliyində işləyir.

ABŞ-ın Aşqabaddakı səfirliyindəki mənbənin 2009-cu ildə verdiyi digər məlumata görə, bu cütlüyün 2009-cu ildə anadan olan Aynagözəl adında qızı, 9 yaşında İsmayıl adlı oğlu var. Həmin məlumatda qeyd edilir ki, Qurbanqulu Berdımuhəmmədovun ikinci qızı 2009-cu ildə Parisdə yaşayıb, o vaxt əri orada Türkmənistan səfirliyində işləyirmiş. Yerli türkmən iş adamı iddia edir ki, bu qızın Fransanın cənubundakı Lazur sahilində villası da var.

Diplomatik qaynaqlar iddia edir ki, Qurbanqulunun uzun illərdir, Marina adlı rus əsilli sevgilisi də var. Xəbərlərdə bildirilir ki, o, Q.Berdımuhəmmədovun karyerasını başladığı stomatoloji klinikada tibb bacısı işləyir və prezidentin həmin xanımdan 17-18 yaşlarında olan bir qızı var.

Aşqabad sakinləri arasında isə belə söz-söhbətlər dolaşır ki, Q.Berdımuhəmmədovun türkmən arvadı isə 2007-ci ildən Londonda yaşayır.

Özbəkistan prezidenti İslam Kərimov

Özbəkistan prezidenti İslam Kərimov 2 nikahdan 3 övlad sahibidir. İlk evlilikdən onun Pyotr adlı oğlu dünyaya gəlib. Pyotr Özbəkistanın Bekabad şəhərində bizneslə məşğul olur.

Prezidentin Tatyana Kərimova ilə ikinci nikahından Gülnarə (1972) və Lola (1978) adlı qızları var.

Gülnara Kərimova Özbəkistan xarici işlər nazirinin müavini, ölkəsinin BMT-dəki nümayəndəsi, İspaniyada səfir vəzifələrində çalışıb. Bundan başqa, Özbəkistanda onun böyük biznesi və ictimai təşkilatları da olub.

2013-cü ilin payızından Gülnarə Kərimova heç kimin gözləmədiyi halda atasının qəzəbinə düçar olmuşdu.

Özbəkistan postsovet ölkələrindən ən qapalısı olmasına baxmayaraq, prezident qızı çox səs-küy yaradırdı.

O, həm diplomat, həm çoxlu şirkətləri idarə edən biznes-ledi, hətta müğənni və nəhayət, gözəlliyi ilə sosial şəbəkələrdə mövzu obyekti idi.

Bir ay əvvəl bu xanımın öz qızı ilə bərabər ev dustağı olması xəbəri yayılmışdı. Halbuki, belə qalmaqal prezident ailəsində bu günə kimi heç vaxt baş verməmişdi.

Özbəkistan prezidentinin nəvəsi, Londonda yaşayan kiçik İslam Kərimovun Rusiya mətbuatına verdiyi müsahibədə bir çox qaranlıq məqamlara aydınlıq gətirilmişdi.

Burada o, həbsin səbəblərini, Gülnarəyə qəsdin baş verməsi və anası ilə bacısının azadlığa çıxması üçün başlatdığı mübarizədən danışır.

Qeyd edək ki, Baş prokurorluğun bəyanatında Gülnarə Kərimovanın adı cinayətkar dəstənin üzvü kimi çəkilirdi.

Gülnarə Kərimovanın biznes strukturlarının üzvləri olan Rustam Madumarov, Qayane Avakyan, Nurmuxamed Sodikov və başqalarının daxil olduğu qrup dövlətə 257 milyard som, yəni təxminən 110 milyon dollar ziyan vurmaqda ittiham olunurdu.

Gülnarə Kərimova ABŞ vətəndaşı Mənsur Məqsudi ilə evli olub. Gülnarənin Mənsurla boşanma xəbəri vaxtilə beynəlxaq səs-küyə səbəb olmuşdu. Gülnarə ilə bağlı xəbərlər onun özünə və atasına qarşı xoş fikir yaratmır. Prezident İslam Kərimov dünyada ən qəddar diktatorlardan biri hesab olunur.

Prezidentin qızı həmçinin xeyriyyəçiliklə məşğul olur. Öz dizaynerliyi ilə zərgərlik əşyaları, müxtəlif  geyim kolleksiyaları buraxır, mahnılar bəstələyir, klip çəkir. Bəzən özünü siyasətdə də sınamağa çalışır.

2013-cü ildən sonra isə atası ilə aralarında yaranan münaqişədən sonra faktiki olaraq, ev dustağına çevrilib. Özbək əsilli amerikalı Mənsur Maqsudi ilə 1991-ci ildə ailə həyatı quran G.Kərimovanın İslam (1992) və İman (1999) adlı iki övladı var. Cütlük 2001-ci ildə qalmaqallı şəkildə boşanıb.

Prezidentin qızı gündəmə gəldi – Foto” src=”https://lh4.googleusercontent.com/u72xEj5Blq4JmOYxqmkwXFwC3376nRFvND02V_eSTXI87tjhfliN48Q-a2jv3BT72AOxLkfKHsXsTWYhKttD6M91Irc5CDsdJiiUF6FxEr34lNzZbIuZOpoZCcISAiTaSzLRbR925MLpq4dj” style=”border: none; color: rgb(0, 0, 0); font-family: Arial, Helvetica, sans-serif; font-size: 12px; margin: 5px 6px 3px 0px; outline: none 0px; padding: 0px; max-width: 718px; transform: rotate(0rad); background-color: rgb(255, 255, 255);”>

Bacılar arasında falçı qalmaqalı

2013-cü ildə medianın gündəminə düşən bacıların qalmaqalı böyük səs-küy doğurmuşdu. Prezidentin böyük qızı Gülnarə Kərimova kiçik bacısı Lolanı falçı yanına gedərək, atasına cadu etdirməkdə günahlandırırdı.

O, bunu Instagramdakı mesajında yazmışdı: “Ailənin bir hissəsi xidmət edir, falçılarla dost olan digər üzvləri isə ancaq zərər verir”.

Gülnarə özündən 5 yaş kiçik bacısı Lolanı öz hesabına külli miqdarda pul keçirməkdə də ittiham edib. Lola Kərimova isə bacısından fərqli olaraq, göz önündə olmağı xoşlamır.

Prezidentin kiçik qızı Lola Kərimova da bacısı kimi müxtəlif önəmli postlarda çalışıb. O, Özbəkistanın YUNESKO-dakı daimi nümayənədəsi, Özbəkistan Gimnastika Federasiyasının prezidenti və xeyriyyə fondlarının təsisçisi kimi fəlaiyyət göstərib. Hazırd əri Timur Tillayevlə və 3 övladı ilə birlikdə İsveçrədə yaşayır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 3 qız atasıdır. Böyük qızı Dariqa (1963) siyasi elmlər doktorudur. Hazırda Qazaıxstan parlamentinin vitse-spikeri və “Nur Otan” Partiyasının fraksiya rəhbəridir. Bundan başqa, ölkəsində Dariqa Nazarbayevanın böyük biznes şəbəkəsi var.

Prezidentin qızı 1983-cü ildən Rahat Əliyevlə evlənib. Cütlüyün Nurəli (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladı var.

2007-cildə Nursultan Nazarbayevlə konfliktə girən Rahat Əliyev bütün vəzifələrdən məhrum edilib. Dariqa Nazarbayevadan boşanan R.Əliyev Avstriyadan siyasi sığınacaq alıb.

Prezidentin ortancıl qızı Dinara Nazarbayeva isə incəsənət təhsili alsa da, bizneslə məşğul olur. Prezidentin qızı Qazaxıstan “Xalq Bankı”nın səhmdarlarından biri kimi ölkənin ən zəngin qadını hesab olunur. Onun 1,3 milyard dollar sərvətinin olduğu deyilir.

Dinara Nazarbayeva biznesmen Timur Kulibayevlə evlidir. Onların Altay (1990), Daniza (2004) və Alia (2010) adlı 3 övladı var.

Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva isə tikinti biznesi ilə məşğuldur. “Elitstroy” tikinti şirkətinin sahibi olan Aliyənin evli və 2 övlad sahibi olduğu məlumdur.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili

Gürcüstan prezidenti Georgi Marqvelaşvili uzun illər boyu rəsmi nikaha daxil olmayıb. Onun 21 yaşlı yeganə qızı Anna da vətəndaş nikahından doğulub.

Prezidentin qızı Gürcüstan İctimai İşlər Universitetində menecment üzrə təhsil alıb.

Gürcüstan prezidenti 2014-cü ilin sentyabrında uzun illər vətəndaş nikahında yaşadığı Mika Çaşua ilə ailə həyatı qurub.

Belarus prezidenti Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko 1975-ci ildə Qalina Lukaşenko ilə ailə həyatı qurub. Belarus prezidentinin bu nikahdan Viktor (1975) və Dmitri (1980) adlı iki oğlu var. Bundan başqa, onun nikahdankənar Nikolay adlı oğlu da dünyaya gəlib.

Böyük oğul Viktor Lukaşenko Belarus prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisidir. O, Liliyan Lukaşenko ilə evlidir və 4 uşaq atasıdır. Dmitri Lukaşenko isə Belarus Milli Olimpiya Komitəsinin üzvü və bir neçə idman klubunun sahibidir. O, Anna Lukaşenko ilə evlidir, 2 övladı var.

Moldova prezidenti

Moldova prezidenti Nikolae Timofti və xanımı Marqarita Timoftinin 3 oğul övladı var. Böyük oğlanları Aleskey (1977-ci ildə anadan olub) hüquq təhsili alıb. O, evlidir və ABŞ-da əsasını qoyduğu vəkillik kontorunu işlədir.

Prezidentin 32 yaşlı ortancıl oğlu Nikolay jurnalistdir. Moldovada müxtəlif radio və televiziya verilişlərində çalışan prezident oğlu hazırda özəl kanallardan birində idman verilişi aparır. Ailənin ən kiçiyi Ştefan (23 yaş) isə professional futzal oyunçusudur və yerli klublardan birində çıxış edir.

Braziliya prezidenti

Braziliyanın ilk xanım prezidenti Dilma Rousseffin qızı Paula Rousseff  1976-cı il 27 martda Porto Alegredə anadan olub.

 

Paula atasının yolunu gedərək hüquq fakültəsinə daxil oldu. O, 2008 ci ildə özündən üç yaş kiçik biznesmen Rafael Covolo ilə ailə həyatı qurub.

2010-cu ildə Paulo və Rafael cütlüyünün Gabriel adında oğulları dünyaya gəlir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın