Ana səhifə / İqtisadiyyat / Prezidentin yüksək vəzifəyə təyin etdiyi Elnur Əliyev kimdir? – DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Elnur Əliyev kimdir? – DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev bu təyinata qədər bir sıra mühüm vəzifələri icra edib. 

Elnur Əliyevin son iş yeri Vergilər nazirliyi olub. O, 2017-ci ildən nazirin müşaviri vəzifəsində çalışıb.

Mikayıl Cabbarovun yeni müavini daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.

Bundan sonra həm Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, həm də müdir əvəzi kimi fəaliyyət göstərib.

Elnur Əliyev müəyyən dövrlərdə Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi kimi çalışıb.

Həmçinin oxuyun

Qarabağın bərpasına 60 milyard dollar xərclənəcək

Regionda mühüm nəqliyyat mərkəzi olan Azərbaycan transsərhəd və tranzit prosedurları və logistikanı daim təkmilləşdirir, logistika …