Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / İqtisadiyyat / Prezidentin qızı internetdə tanış olduğu əcnəbiyə ərə getdi, xalq etiraz etdi – FOTO

Prezidentin qızı internetdə tanış olduğu əcnəbiyə ərə getdi, xalq etiraz etdi – FOTO

Qırğızıstan prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyevanın nikahı qırğızların qəzəbinə tuş gəlib.

Publika.az “knews.kg” saytına istinadən xəbər verir ki, buna səbəb prezidentin qızının öz millətindən olmayan biri ilə evlənməsidir.

A. Şaqiyeva bu yaxınlarda “İnstagram”da öz əri ilə fotosunu paylaşaraq, ailə qurduğunu elan edib.

Onun paylaşımına gələn şərhlər isə gözlənilməz olub. Onu çox az həmvətənlisi təbrik edib, əksəriyyəti öz narazılıqlarını bildiriblər. Əsas müzakirə mövzusu də Aliyənin məhz qırğızla evlənməməsi, əksinə başqa millətin nümayəndəsinə könül salması olub.

Məlumatlara görə, Atambayevin yeni kürəkəni 1992-ci ildə Bişkekdə doğulub. İxtisasca proqramçıdır və böyük şənlikləri sevmir. O, prezidentin qızı ilə internetdə dörd il öncə tanış olub. Həmin zaman oğlanın 20, qızın isə 15 yaşı olub. Lakin onun hansı millətdən olduğuna dair sayt heç bir məlumat yazmayıb.

İki ay öncə o qıza evlənmək təklifi edib və məsələyə ailələr qarışıb. Hər iki ailə razı olublar.

Qırzıqların etirazına münasibət bildirən Aliyə qeyd edib ki, coşqun millətçilik mədəni düşüncənin aşağı səviyyəsi kimi görünür.

Həmçinin oxuyun

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var. Bunu Trend-ə Turizm Asossiasiyasının sədrinin müşaviri …

Bir cavab yazın